Modern.az

Sumqayıtda ağır yol QƏZASI - Ölənlər var...

Sumqayıtda ağır yol QƏZASI - Ölənlər var...

12 Mart 2018, 08:32

Sumqayıtda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

"Report"un yerli bürosunun məlumatına görə isə hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir.

Yaralılar, eləcə də, "Hunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?