Modern.az

ABŞ defoltdan qurtuldu

ABŞ defoltdan qurtuldu

1 Avqust 2011, 11:24

ABŞ prezident Barak Obama  dövlət borcunun artırılması ilə bağlı danışıqlarda razılıq əldə olunduğunu və artıq ölkədə defoltun olmayacağı barədə məlumat verib. Modern.az RİA-NOVOSTİ-yə istinadən bildirir ki, prezident qanun layihəsinin yaxın günlərdə qəbul ediləcəyini deyib.

Razılaşmaya əsasən, federal büdcənin xərclərinin yaxın 10 il ərzində təxminən 1 trln. dollar ixtisar edilməsi nəzərdə tutulur.
“Bununla da daxili proqramlar üçün nəzərdə tutulan xərclər Eyzenhauerin zamanından bəri ən aşağı səviyyədə olacaq”-deyən Obamanın sözlərinə görə, bu səviyyə yeni iş yerlərinin açılması və təhsil, elmi tədqiqatlar sahələrinə investisiya qoyuluşuna imkan verəcək.

Bundan başqa, iki partiyanın nümayəndələrinin iştirakı ilə yaradılacaq xüsusi komitə noyabr ayında bu məsələ ilə bağlı təkliflərini təqdim etməlidir. Sənəd hələ imzalanmasa da, B.Obama Konqresin təklif olunan variantla razılaşacağına inanır. O, növbəti 8-12 ayda da defoltun olmayacağına zəmanət verir.

Prezident etiraf edib ki, bu, ideal variant olmasa da istənilən halda ciddi irəliləyişdir.
Demokrat çoxluğun rəhbəri Harri Rid qeyd edib ki, avqustun 2-də iki tərəfin qəbul etdiyi sənəd müzakirəyə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir