Arxiv
16 mart 2018, 11:50 | REPORTAJ
“Bazara böyük siyahı ilə gəlmişdik, qiymətləri görəndə ixtisar etdik” - REPORTAJ+QİYMƏTLƏR

Artıq Novruz bayramına sayılı günlər qalır. Baharın gəlişindən xəbər verən bu bayram ərəfəsində bazarlara üz tutanların sayında artım olur. Hamı istəyir ki, bayramda süfrəsini daha zəngin etsin. Əlbəttə ki, maddi imkan yol verdiyi həddə qədər.
Bəs bazarlarda qiymətlər ciblərə uyğundurmu? Modern.az-ın əməkdaşı paytaxtın ən məşhur bazarlarından olan “8-ci km bazarı”na baş çəkib.

Bazarda canlanma müşahidə olunsa da, hamı şikayətçi idi. Alan da, satan da...


15 ildir bazarda satıcı işləyən Teyyub Verdiyev qiymətlərin o qədər də yüksək olmadığını dedi:

“Mart ayı gələndən alverdə nisbətən artım müşhidə olunur. Əvvəlki aylarda bazara hamı tez-tez gəlmir. İnid əksinədir.  Amma hamı hər şeyi daha ucuz almaq istəyir. Bəs düşünmürlər ki, biz də əziyyətlə pul qazanırıq? Burda istirahət etmədən, isti-soyuq demədən ailəmizi dolandırmaq işləyirik. Müstərilər gəlirlər, meyvələri özləri seçmək istəyirlər, elə olanda da birini əzirlər, biri əllərindən düşür, başqa müştəri də onu almır”.


Digər satıcı Elman Əliyev isə müşəri azlığından gileyləndi:

“Piştaxtaya müştəri yaxınlaşanda sevinirik. Onlar da qiyməti soruşurlar, ciblərinə uyğun olmadığını biləndən sonra uzaqlaşırlar. Meyvə-tərəvəzi əvvəl hansı qiymətə satırdıqsa, yenə də həmin qiymətə satırıq. Çox az miqdarda artım var. Bu da normaldı, hər şeyin qiyməti qalxır, meyv-tərəvəzin qiyməti necə stabil qala bilər? Mart bayram ayı olduğu üçün biz də istəyirik ki, pul qazanaq, özümüz də bazarlıq edək. Amma günün sonunda baxırıq ki, heç bir nəticə yoxdur”.
 


Bazar alıcı qismində gələn Gövhər Məmmədovanın sözlərinə görə, burada qiymət marketlərdən daha bahadır.

“Əvvəl daha sərfəli qiymətə alış-veriş etmək üçün bazara üz tuturduq. Bura gəlmədən əvvəl marketdə qiymətlərə baxmışam. Marketlərdə mallar buradakılardan daha ucuzdur. Satıcılar bilir ki, bayramdı, hamı nəsə alacaq, ona görə də qiymətləri baha deyirlər. Qiymətlərdən heç də razı deyiləm. Metro girişlərinin yanında yarmarkalar açılıb, orada qiymət bazardan fərqlənmir. Qazanan hər zaman satıcılar olur”.

Növbəti müsahibimiz olan aatıcı Murad Əliyev deyir ki, Azərbaycan əhalisi aldanmağı sanki xoşlayır:

“Biz burada ucuz və keyfiyyətli məhsullar satırıq. Amma onlar marketlərdəki yalançı qiymətlərə aldanırlar. Marketdə malı bir qiymətə qoyurlar, kassada isə başqa bir qiymət olur. Mən çərəz satıram, qiymətlər də o qədər baha deyil. Amma əhalidə çərəzləri almağa pul yoxdur. Qiymətlər son vaxtlar 50 qəpik -1 manat arası yuxarı qalxıb. Çünki burada elə məhsullar var ki, biz onu xaricdən alırıq. Məcburuq ki, üstünə pul qoyaq ki, yerhaqqı və bir tikə çörəkpulumuzu qazanaq”. 

Qəssab Fərman Musayev də alıcı qıtlığından şikayətləndi:

“Alıcılıq qabiliyyəti çox aşağıdır.  Daimi gələn müştərilərimiz var idi, ay ərzində ən azı 6 kiloqram ət alırdılar, indi 3 kilo ilə kifayətlənirlər. Mən mal ətini 11, quzu ətini isə 12 manata satıram. Bu qədər əziyyətin müqabilində isə mənə qəpik-quruş qalır. O da heç mənim gördüyüm işin əziyyətinə belə dəyməz. Amma neyləmək olar, çörəyimizin xətrinə buna da məcburuq”.
 


Elmira adlı daha bir müştəri də bahalıqdan narazı idi:

“Bazara böyük bir siyahı ilə gəlmişdik, amma qiymətləri görəndən sonra  siyahıda ixtisarlar etdik,  meyvələri azaltdıq, bəzilərin ümumiyyətlə sıradan çıxardıq. Bazara hər dəfə gələndə qiymətləri daha da artan görürük. Hər şeyə qənaət edirik ki, bir təhər yaşayaq. Bazarlıq təkcə ərzaqla bitmir. Evdə tək yoldaşım işləyir. Onun da aldığı maaş 700 manatdır. Bu pulla bir ailə necə yaşasın?.. Əvvəllər ayda 5-6 kq ət alardıq. İndi 2-3 kilonu güclə alırıq. Bazardakı satıcıları da qınamıram. Onlar da aldıqlarının üzərinə pul qoymalıdılar ki, dolana bilsinlər. Onlar da bu soyuqda burda dururlar ki, evlərinə bir tikə çörək aparsınlar, amma qiymət qalxıb, hamı sadəcə qiymətləri soruşur. Qiymət baha olunca da, mənim kimi kor-peşman geri dönürlər”.
 

Başqa bir alıcı Rövşən Musayev dedi ki, tək bazarda deyil, hər yerdə qiymətlər od tutub yanır.

 “İki uşağım var, bütün valideynlər kimi mən də onlara hər şeyin yaxşısını vermək üçün çalışıram. Uşaqla bazara gəlməyə üzüm utanır, nəsə istəyəndə ala bilmirik. Uşaqların sağlamlığı üçün keyfiyyətli qidalardan istifadə vacibdir. Amma qiymətlər o qədər yüksəkdir ki, heç nədən normasında ala bilmirik. İşığı və qazı da qənaətlə istifadə edirik ki, limiti keçməyək. Yeni ilin gəlişinə çox az vaxt qalıb, amma heç kimdə bayram təəssüratı qalmayıb. Bazara hər dəfə gələndə qiymət artımı ilə rastlaşırıq. Əvvəl satıcılar qiymətdə endirim edirdilər, amma indi heç o da yoxdu, satıcı dediyi qiymətdən aşağı düşmür”.


Modern.az-ın əməkdaşı bazardakı malların qiymətlərini dəqiqləşdirib. Onlarla siz də tanış olun:

Səməni 1-15 manat


Tərəvəz

Pomidor 2 manat 30 qəpik – 3 manat 

Xiyar 2 manat 30 qəpik – 3 manat 

Soğan 60 qəpik

Kələm 25 qəpik 

Turp 1 manat 

Kartof  70 qəpik – 1 manat 20 qəpik

Turşular 1-10 manat

Göyərti  1—20 qəpik

Göbələk 3,5- 5 mana

Badımcan  1 manat 60 qəpik 


Meyvələr

Alma  50 qəpik - 2.50 manat

Armud  2.50 - 3.50 manat 

Nar  2-4 manat

Limon 20-50 qəpik

Portağal 1.20-2 manat 

Kivi 2-2.50 manat

Heyva 1.50 -3 manat 

Narıngi 2-3manat 

Banan 2 manat – 2 manat 50 qəpik

Üzüm 3 manatdan başlayır 

Ananas 5 manatdan başlayır

Kök  50 qəpik  

 

Ət və süd məhsulları 

Quzu əti 12 man

Mal əti 11manat

Hinduşka 13 manat 

Toyuq kq 3,5-5 manat 

Pendir 3.50-5 manat 

Qatıq - 1 manat

Balıqlar

Kütüm 14-15 manat 

Naxçıvan sazanı 8 manat

Kifal 11 manat 

Sazan 6.50 manat

Sudak 3 manat

Belamur 8 manat 


Quru meyvələr və çərəz 


Qoz (qabıqlı) 4 manat, ləpə -16-18 manat

Fındıq (qabıqlı) 4 manat, ləpə 15 20 manat

Badam (qabıqlı) - 8 manat, ləpə 20 manat 

Kişmiş 7-18 manat

Şabalıd 8-10 manat 

İnnab 5-10 manat

İydə 7 manat

Düyü (uzun) 2 manat 

Şəki düyüsü 3 manat

Tamaşa 3 manat 

Sultan düyü 3 manat 

Şahənşah 3 manat 

Lərgə 3,5 manat 

Noxud 3,5 manat

Qaragöz lobya 4 manat 

Lobya 4 manat 

Maş 4 manaat

Meyvə qurusu 8 manat

Qaysı 9 manat

Xurma 3 manat

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı - YENİLƏNİB 23 May 2019, 10:42 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43