Modern.az

Yol Polisi Novruz bayramında gücləndirilmiş iş rejiminə keçəcək

Yol Polisi Novruz bayramında gücləndirilmiş iş rejiminə keçəcək

17 Mart 2018, 12:33

Dövlət Yol Polisi bayram günlərində gücləndirilmiş rejimdə xidmət aparacaq.

İdarədən Modern.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarının diqqətinə çatdırır ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq və bu müddət ərzində küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək.

 

Təhlillər göstərir ki, bayram ərəfəsində və bayram günlərində qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri, habelə mövsümi hava şəraitini nəzərə almamaları səbəbindən baş verir.

Belə qəzaların qarşısının alınması və hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını küçə və yollarda son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi