Modern.az

Terrorçuların xain hücumu: 3 şəhid, 4 yaralı

Terrorçuların xain hücumu: 3 şəhid, 4 yaralı

19 Mart 2018, 23:39

Türkiyənin Diyarbəkir və Bitlis şəhərlərində biri hərbçi olmaqla üç nəfər şəhid olub.

Modern.az xəbər verir ki, PKK terror təşkilatının silahlıları polis şöbəsinə doğru hərəkət edən mülki avtomobilə atəş açıblar. Nəticədə uzman çavuş Sərgən Çakmak və könüllü təhlükəsizlik qoruyucusu Yasettin Opçin şəhid olub.

Bitlis rayonunun Kayalıbağ kəndində isə PKK terrorçularının odun toplayan mülki vətəndaşlara atəş açması nəticəsində bir nəfər həyatını itirib, 4 nəfər də yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat