Modern.az

Prezident Şamaxıya gedib (yenilənib)

Prezident Şamaxıya gedib (yenilənib)

26 Noyabr 2009, 14:42

Noyabrın 26-da prezident İlham Əliyev Şamaxı rayonuna gedib. Dövlət başçısı Şamaxıdakı Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış olub, sonra Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib.
Sahəsi 1,5 hektar olan mərkəzin inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Tikintinin ümumi sahəsi 7 min kvadratmetr, o cümlədən əsas korpusun sahəsi 5800 kvadratmetrdir. Üçmərtəbəli binada qəbul, inzibati, funksional diaqnoqsika, dializ, stasionar, əməliyyat, reanimasiya, kompüter tomoqrafiya və rentgen şöbələri fəaliyyət göstərir. Birinci mərtəbədə 60, ikinci mərtəbədə 51, üçüncü mərtəbədə 30 otaq yerləşir. Burada quraşdırılan avadanlıq xaricdən gətirilib. Mərkəzin həyətində 5 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, su anbarı, qazanxana tikilib və yardımçı elektrik stansiyası quraşdırılıb.

Şamaxıda olan dövlət başçısı İlham Əliyev Heydər Əliyev mərkəzinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, üçmərtəbəli binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Mərkəzdə multimedia, xalq yaradıcılığı, rəsm dərnəkləri, elektron kitabxana, kompüter mərkəzi və digər bölmələr yerləşir.
İlham Əliyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının açılışına da qatılıb.
Prezident  Heydər Əliyev Fondunun bərpa edəcəyi Cümə məscidinə də baş çəkib. Məscidin yenidən qurulması layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Cənubi Qafqazda ikinci qədim dini mərkəz olan Cümə məscidi 743-cü ildə tikilib. 1859-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılan məscidə 1902-ci il zəlzələsində də ciddi ziyan dəyib. Cümə məscidi 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğının şahididir. O vaxt daşnaklar 1800 nəfər yerli sakini – uşaqları, qadınları, qocaları zorla bu məscidə dolduraraq diri-diri yandırıblar. Yanğının izləri məscidin divarlarında bu gün də durur.
Sovet dövründə cüzi təmir işləri aparılmasına baxmayaraq Azərbaycanda ən qədim ibadət yeri sayılan Cümə məscidi bərbad vəziyyətdədir. Hazırda Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində bu Allah evinin yenidən qurulması nəzərdə tutulub.


Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?