Modern.az

Mübarəki Qahirəyə vertolyotla gətiriblər

Mübarəki Qahirəyə vertolyotla gətiriblər

3 Avqust 2011, 13:09

Misirin keçmiş prezidenti Hüsnü Mübarək Şarm-Əl-Şeyx şəhərindən vertoloyotla Qahirəyə gətirilib. Modern.az BBC-yə istinadən bildirir ki, bu məqsədlə Qahirədə təhlükəsizlik tədbirləri gücləndirilib. Məhkəmnin keçirəlcəyi yeri 3 min polis mühafizə edir.

Məhkəmə bu gün Qahirədə Polis Akademiyasının binasında keçiriləcək. Mübarəklə birgə müttəhimlər kürsüsündə onun oğulları Ala və Qamal, keçmiş daxili işlər naziri və onun köməkçiləri oturacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub