Arxiv
23 mart 2018, 22:48 | TƏHSİL
Qorxulu Bermud üçbucağından qayıdan azərbaycanlı alimin dedikləri- “Ölməmək üçün bunu etdik”

Bermud üçbucağı Atlantik Okeanının şimalında  Florida, Bermud adaları, Puerto- Rikonu   birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən, yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilir. Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşmışdır. Bu üçbucaqda bir çox təyyarə və gəmilərin qeybə çəkildiyi kimi bir inanc olduğu halda, ABŞ və bir çox digər dövlətlərin statistikaları bu cür qəzaların digər səyahət bölgələrində də çox olduğunu təsdiq edirlər.

1964-cü ildə Vinsent Qaddis adında amerikalı yazıçı “Arqosy” jurnalında tarixdə ilk dəfə olaraq  "Bermud üçbucağı" ifadəsini işlədir. O vaxtdan bu yana, adıçəkilən ərazi az qala, sehirli, sirli bir zona kimi xatırlanır. Ərazidə çathaçatda yoxa çıxan gəmi və təyyarələr haqqında bu gün də bir çox miflər dolaşmaqdadır.

Bəziləri heç bir alim ora gedib araşdırma apara bilmədiyini, buna cəhd edənlərin isə yoxa çıxdıqlarını vurğulayırlar. Bəziləri isə əksinə, Bermud üçbucağında mifləşdiriləsi heç bir özəlliyin olmadığını, alimlərin idə ora ara-sıra araşdırma aparmaq üçün getdiklərini deyirlər.

Əvvəllər, Bermud üçbucağı elm adamlarını özünə çox çəkirdi. Hətta ABŞ-la soyuq münasibətdə olan SSRİ də buna biganə qalmayıb ayrı-ayrı vaxtlarda bir neçə ekspedisiya yollamışdı.

O zaman Azərbaycandan da  bu sirli obyektə elmi tədqiqat üçün iki alim gedib çıxa bilmişdi. Bunlar 1982-ci ildə ora səfər etmiş iki geoloq alim Rüstəm Babayev və Xəlil Əliyulladır. Xüsusən də , Rüstəm Babayevin Bermuddan qayıtdıqdan sonra səsləndirdiyi maraqlı xatirələr, o zaman elm adamları arasında xeyli müzakirə edilirdi.

AzEDU.az mərhum geoloq alim Rüstəm Babayevin Bermud xatirələrini təqdim edir:

Bu sətirlərin müəllifi vaxtilə Modern.az saytı üçün hazırladığı bir yazıda adıçəkilən alimin həyat yoldaşından bəzi məlumatları alıb. Rüstəm Babayevin həyat yoldaşı Məlahət xanımın 4 il bundan öncə verdiyi müsahibədən bəzi məqamları təqdim edirik:

“Hər ikimiz 1951-ci ildə geologiya fakültəsinə daxil olduq. 1956-cı ildə oranı bitirdik. Akademiyanın indiki prezidenti Akif Əlizadə bizimlə paralel oxuyurdu. Yeri gəlmişkən, oğlum Qulam Babayev də hazırda onun direktoru olduğu Geologiya və Geofizika  İnsitutunda çalışır. Akif müəllimin ona çox qayğısı olub. Rüstəm müəllim çox hörmət olunan müəllimlərdən idi. Novosibirskidə olanda Sibir neftinin atası sayılan Fərman Salmanov gəlib onu qucaqladı.  Dedi, mən fəxr edirəm ki, Azərbaycanın belə alimləri var.

O, ömrünün son beş ilini yataq xəstəsi kimi keçirdi. Görünür, Bermud üçbucağındakı səyahətin də təsiri olub. Onu Respublika Kliniki Xəstəxanasında və digər tibb ocaqlarında müalicə etməyə çalışdılar. Amma özü getmədi. Yataq xəstəsi idi və bundan xəcalət çəkirdi. Dedi ki, elə evdə olum, mənə burda baxarsız. Mən beş il onun yanından tərpənmədim. Ona bütün bacarığımla qulluq  etdim. Ayaqlarım tutuldu. İndi  özüm xəstəyəm. Heç yana tərpənə bilmirəm. Siz onu yad etməklə məni sanki yataqdan qaldırdınız”.

 

 Müəmmalı “Bermud səfəri”

Demək, Bermud üçbucağı Azərbaycan alimindən ən son ana qədər əl çəkməyib. Hər halda, alimin yaşlı vaxtında keçirdiyi sarsıntılarda oranın da payı olduğu deyilir.


İndi həmin səfərin tarixçəsindən danışaq: Rüstəm Babayev 1982-ci ilin aprel ayında özünün üçüncü okean səfərinə çıxır. Polşanın “Vtyaz”  gəmisi ilə yola çıxan ekspedisiyanın ünvanı bu dəfə okeanın ən təhlükəli yeri Bermud üçbucağı idi. Bu müəmmalı zonaya Qara dəniz, Cəbəllütariq boğazı və Atlantik okeanını dəf etməklə çatırlar. Əlverişli hava şəraiti belə, onların qorxusunu dəf edə bilmir. Çünki elə bir dönəm idi ki, hətta təyyarələr belə bu şeytan torunun zonasında yoxa çıxırdı. Elə bir fakt olub ki, təyyarənin özü qalıb, sərnişinləri yoxa çıxıb. Bu kimi müəmmalar ekspedisiyanı çox düşündürüb. Bermud öz şıltaqlığını çox keçmir ki, onlara da göstərir. Üç gün davam edən fırtına heyətin demək olar ki, həyata inamını itirir. Amma fırtına çox keçmir ki, çəkilir və tədqiqat aparan keçmiş SSRİ alimlərinin həyatı qurtulur. 
Rüstəm Babayev heyətin rəhbəri olmasa da, hamı ona bir ağsaqqal kimi hörmət edirdi.

Mərhum alim sağlığında  media orqanlarının birində özünün “Bermud səfəri” barədə bunları deyib: 

“1982-ci ildə Bermudda səfərdə olmuşam. Geologiya İnstitutunda geologiya-minereologiya elmləri namizədi kimi, böyük elmi işçi vəzifəsində idim. Keçmiş SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsindən məktub gəldi ki, bölmə SSRİ Elm və Texnika Dövlət Komitəsinin (SETDK) qərarına əsasən, elmi tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edilir və Azərbaycandan iki alim səfərə dəvət olunur. Ekspedisiyanın məqsədlərindən biri okeanın atmosferlə əlaqəsini öyrənmək idi. Qeyd edim ki, okeanla atmosfer arasında ən sıx və güclü əlaqə, böyük enerji "Bermud üçbucağı"ndadır. Ümumiyyətlə, bu ərazi dünya okeanının ən enerjili və təlatümlü hissəsidir. Səfərdə hidroloq, hidrogeoloq, bioloq, fizik və geoloqlardan ibarət heyətə bizdən əlavə, SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsi və Fizika İnstitutunun əməkdaşları da daxil idi. Onlar Moskva, Leninqrad, Vilnüs, Gelencik şəhərlərindən idilər. Çexslovakiyadan bir botanik, Almaniyadan iki geologiya-mineralogiya elmləri doktoru da var idi.

"Pravda" qəzetinin müxbiri L.Poçevalov "İki nəfər okeanda" adlı məhəbbət romanı yazırdı. Ekspedisiyanın iştirakçıları əsərin qəhrəmanları idi. Mən romanda öz familiyamla deyil, "Rüstəm Məmmədov" obrazı ilə əks olunmuşam. Ekspedisiyanın rəhbəri Sovet dövrünün məşhur okeanoloqu, dəniz və okean tədqiqatçısı, coğrafiya elmləri doktoru Aksyanov idi. Polşada yenicə hazırlanmış qəhrəman "Vityaz" gəmisi ilk reysini bu limana etmişdi ki, bizi "Şeytan üçbucağı"na aparsın... 


Orada tədqiqatlar aparmaq üçün bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq" qonaqlarını elə ilk gündə öz xarakterinə uyğun qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng "Vityaz"ı yellədi. Masaların üzərindəki yüngül əşyalar – çəngəl, qaşıq, qələm, stəkan, kiçik ləvazimatlarımız sürüşməsin deyə, yaş parçalardan süfrə kimi istifadə etdik. Bir az sonra, tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı məlum oldu. Bu məqamda hər kəs öz əşyalarını yerbəyer etməyə başladı. Gəminin içərisində qab-qaşıqların, kiçik ləvazimatların formasına uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün qoyduq həmin yerlərə. Laboratoriya aparatları və cihazlarını isə içəridə iplə sarıdıq. Qapıları bağlayıb hamımız yatağa uzandıq. Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin dörd tərəfinə dəyən zərbələrin bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi. Gəmi dörd tərəfdən qalxıb-enirdi. Göyərtə suyun səviyyəsinə qədər əyilib-qalxırdı. Bayırda duman-çəndən başqa heç nə görünmürdü. "Vityaz" böyük və güclü burulğanın içərisində idi. Bizdə qorxudan peşmanlıq hissi yaranmışdı. Amma gəmini idarə edənlərin yüksək məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə döndərmək lazımdır. Kiçik səhv nəticəsində burulğan "Vityaz"ı sürətlə 5 kilometr dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konserv xörəklər və meyvələrlə qidalanırdıq. O qədər yırğalanırdıq ki, ürəkbulanmadan söhbət də edə bilmirdik, sakit uzanıb, fırtınadan nə zaman qurtulacağımızı düşünürdük. Zərbələrin vahiməli səsləri ara vermirdi. Peyk vasitəsi ilə daim hava haqqında proqnozu izləyirdik. Kapitan xəbər verəndə ki, təhlükədən sovuşduq, hamı bir-birini təbrik etdi. Okean sakit, dümdüz, göyün üzü tam aydın idi. Günəş sevincimizə şərik idi. Ertəsi gün tədqiqatlar apardıqdan sonra, cənub-şərq istiqaməti ilə Cəbəllütariq boğazına qayıdıb geri dönəndə anladıq ki, doğrudan da "Bermud üçbucağı"ndan sağ qayıtmaq mümkün imiş”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək” - Rusiya səfiri 1 Dekabr 2020, 13:34 Şəhidin son sözü: “Məndən narahat olmayın”… 1 Dekabr 2020, 13:32 “Ağdamdan Xankəndiyə yarım saat, Yerevandan isə 10 saatlıq yol var” 1 Dekabr 2020, 13:27 Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:20 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:18 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edib - VİDEO 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?