Arxiv
24 mart 2018, 23:00 | TƏHSİL
Eynşteynin evinə çağırdığı, Stalinin həbsə atdığı, Nobel alan bakılı alim

Modern.az  elm xadimləri barədə silsilə yazılarını davam etdirir. Budəfəki qəhrəmanımız dünya şöhrətli alim, sovet nəzəri fizikasının banisi, 1962-ci ildə Nobel mükafatıma layiq görülmüş köhnə bakılı Lev Landaudur.

Köhnə Bakıda bir ailə …

İndiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində Bakıda hamının hörmət etdiyi çox sakit və mədəni bir yəhudi ailəsi yaşayırdı. O vaxtın Bakısı ilə bu ailə arasında çox dərin bir əlaqə var idi. Hər ikisi alicənab, hər ikisi sakit və mədəni. Amma o ailə bir məsələdə Bakını qabaqladı. Belə ki, bu ailə dünyaya Lev Landau kimi bir dahi alimi, fiziki bəxş etdi. Dünya sonralar Nobel mükafatı almış alimə görə Bakıya təşəkkür edəcəkdi. 
Lev Landau 1908-ci il yanvarın 22-də anadan olub. O zaman gələcək böyük alimin atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyuba xanım isə mama-ginekoloq işləyirdi. 1913-cü ildə kiçik Levin təhsil alması üçün onun ailəsi indiki  Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən evə köçür. Lev Landau düz 1924-cü ilə qədər həmin evdə yaşayır (hazırda o evin qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var).

14 yaşında tələbə, 16 yaşında mühazirəçi

Kiçik Lev uşaq vaxtından hamını öz dərin zəkası ilə təəccübləndirir. 8 yaşında Bakıda gimnaziyaya daxil olur və 12 yaşında oranı bitirir. Özü də əla qiymətlərlə. Lakin yeniyetmə olması onun ali məktəbə gedən yolunu kəsir. 12 yaşlı yeniyetmənin ali məktəbdə oxumasına qarşı çıxırlar. Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna qoyur. Əvvəldən riyaziyyatdan xüsusi zövq alan Lev üçün ikiillik texnikum təhsili göydəndüşmə olur. Dərindən sevdiyi riyaziyyatla daha əhatəli məşğul olmağa başlayır. 1920-ci ildə daxil olduğu texnikumu 1922-ci ildə bitirir. Oranı bitirəndə Landaunun 14 yaşı var idi. Elə həmin il  Azərbaycan Dövlət Universitetinə (indiki BDU) imtahan verərək, eyni vaxtda iki ixtisasa qəbul olunur: fizika-riyaziyyat və kimya. 
Kimyanı yaxşı bilsə də, ürəkdən bağlandığı fizika sahəsi onu özünə daha çox cəlb edir. Odur ki, sırf fizika üzrə təkmilləşmək istəyən Lev universitetin daxilində yaradılmış “Matezis” Tələbə Elmi Cəmiyyətində fizikanın aktual mövzuları üzrə məruzələr hazırlayır. Bu məruzələr onsuz da qeyri-adiliyinə görə təhsil ocağında seçilən Landaunu daha da məşhurlaşdırır. Artıq həm özü,  həm də ətrafı anlayır ki, Bakı mühiti onun üçün çox darısqaldı. Odur ki, 16 yaşlı Lev 1924-cü ildə SSRİ-nin elm mərkəzi olan Leninqrad Dövlət Universitetinin fizika- riyaziyyat fakültəsinə köçürülür.

Eynşteyn 21 yaşlı Landaunu evinə dəvət edir

Lev Landau 1927-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini başa vurur və Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirir. Sovet nəzəri fizikasının atası hesab olunan Landau bu sahədə geniş tədqiqatlara başlayır. 
1928-ci ildən gənc aspirantı elmi qurultaylara dəvət edirlər. Landau orada təklif etdiyi tədqiqat  işlərinə görə hamı tərəfindən maraqla qarşılanır. Onu həmin qurultayda kəşf edən alimlərdən biri də böyük fizik, Nobel mükafatçısı Nils Bor olur. Hansı ki, o dövrün bütün fiziklərinin atası sayılacaq Bor gələcəkdə Landauya çox kömək edəcəkdi. Həm elmdə, həm də şəxsi həyatında. Amma 1929-cu ildə onlar ötəri tanış oldular. Elə həm il Landau Berlinə gəlir və zəmanəsinin ən böyük alimlərindən olan Albert Eynşteynlə görüşmək istəyir. O, Berlinə kimi Avropanın bir çox təhsil ocaqlarında - Kembric, Kopenhagen, Leyspiq, Sürix Universitetlərində olur. Berlinə gələrkən isə ilk arzusu dahi Eynşteynlə Kvant  mexanikasına aid söhbət aparmaq olur. O zaman Levin 21 yaşı var idi. Amma iddialı gənc üçün Berlin Universitetində bu görüş təşkil olunur. Eynşteyn ilk dəfə tanış olduğu gəncin iradəsini yüksək qiymətləndirir və onu elmi müzakirə üçün evinə dəvət edir. Böyük alimlə görüşmək və nəyisə müzakirə etmək təbii ki, çoxlarının əlçatmaz arzusu idi. Amma Landau bunu bacarır və Eynşteynin evinə gedərək Kvant mexanikası mövzusunda müzakirələr aparır. Qeyri-müəyyənlik prinsipinin kvant mexanikasının əsas prinsipi olduğunu sübut etməyə çalışır. Landaunun əminliyi, aydın və dəqiq mülahizələri Eynşteynin xoşuna gəlsə də, o, dahi fiziki razı sala bilmir. Sonralar bu iki böyük alimin görüşmək imkanı olmur. Faşistlər Almaniyada hakimiyyətə gəldikdən sonra Albert Eynşteyn Amerika Birləşmiş Ştatlarına qaçmaq məcburiyyətində qalır.

Nils Bor və Landau…  Ata-oğul sevgisi


Lev Landau sonradan elmdə bərk cisimlər fizikası, faza keçidləri nəzəriyyəsi, kosmik şüalar fizikası, nüvə nəzəriyyəsi, heliumun ifrat axıcılıq nəzəriyyəsi, hidrodinamika, sahənin kvant nəzə­riyyəsi və elementar zərrəciklər, Fermi mayesi nəzəriyyəsi və s. dəyərli kəşflərlə yadda qalır. Sonradan dünya ictimaiyyəti onun elmi fəaliyyətini çox yüksək dəyərləndirir.
Landau SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilir, 3 dəfə Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür və Lenin ordeni ilə təltif olunur. Beynəlxalq miqyasda da  Landaunun elmi xidmətləri yüksək qiymətləndirilir. O, İngiltərədə Kral Cəmiyyətinin, Danimarka və Niderland EA-nın, ABŞ Milli Elmlər Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının üzvü seçilir. 
1960-cı ildə ona F.London adına mükafat və Maks Plank adına medal, 1962-ci ildə isə «İfrat axıcılığın nəzərəriyyəsi”ni kəşf etdiyi üçün Nobel mükafatına layiq görülür.  Bunlar təbii ki, çox böyük göstəricilər idi. Amma bütün bunlara nail olan alim ömrünün sonuna qədər yalnız bir nəfərə minnətdar olur. Həmin alim  danimarkalı fizik, müasir fizikanın banilərindən biri, atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarını işləyən Nobel mükafatçısı Nils Bordur. Bor o zaman bütün gənc fiziklərin ağsaqqalı hesab olunurdu. Cavan alimlər dünyanın hər yerindən onun yanına axışar və özlərinə müəllimlə bərabər qayğıkeş dost da qazanardılar. Belə şanslı insanlardan biri də Lev Landau olub. Onların görüşü 1930-cu ilə təsadüf edir. 22 yaşlı Landau Kopenhagendə Nəzəri Fizika İnsitutunun direktoru, kvant fizikasının banisi Borla tanış olur. Elmdə hadisə sayılan “Landau diamaqnetizmi” bu görüşdən sonra formalaşır. Bor öz çılğınlığı və inadkarlığı ilə fərqlənən gənc alimi öz oğlu kimi sevirdi. Bu sayğı və sevgi Landauya gələcəkdə çox kömək edəcəkdi. Həmin məqamlardan birinə diqqət yetirək.

Landaunun həbsi və Stalinə məktublar...

Landaunun elmi uğurları artdıqca, şöhrəti ilə bərabər düşmənləri də çoxalırdı. Elm sahəsində Landaunu gözü götürməyən insanlar çox idi. Hətta belələrinin ucbatından o, Leninqraddakı Fizika İnsitutunu tərk edərək, Xarkova getməli olur. Bu kimi intriqalar Stalin repressiyaları vaxtı dahi alimdən yan ötmür. Landau casusluq, ziyankarlıq və antistalin vərəqələrinin tərtib edilməsi ittihamları ilə 1938-ci ilin 27 aprelində həbs edilir, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tədridxanasına yerləşdirilir. 
Landaunun həbsini eşidən Nils Bor dəhşətə gəlir və o, Levin fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərib, Landaunun azad olunmasını xahiş edir. Eyni məzmunlu məktubla akademik Pyotr Leonidoviç Kapitsa da Stalinə müraciət edir və Lavrenti Beriya ilə görüşərək Landaunun azadlığa buraxılmasına çalışır. Bu iki böyük elm adamının müdaxiləsi və onların səyləri nəticəsində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılır. Lakin günahsız həbs olunmuş dünya şöhrətli alimə ancaq 1990-cı ildə — Sovet imperiyasının süqutu ərəfəsində bəraət verildi.

Avtomobil qəzası və xəstəxanada verilən Nobel

1962-ci il… Artıq Landau alim şöhrətinin pik nöqtəsindədir. O, hətta şöhrət zirvəsində Eynşteyn və ustadı Borla da qonşuluq edirdi. Lakin hələ də özündən razı deyildi. Yenə də axtarışdaydı. Amma bu məqamda…. Landau xidməti “Volqa” maşını ilə avtomobil qəzasına düşür.

Başından və döş qəfəsindən ölümcül xəsarət alır. Bu məqamda da alimə qarşı təxribat öz işini görür. Ölümcül xəstə olmasına baxmayaraq, sovet rəhbərliyi onun Moskvanın Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq vermir və Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılır. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Davidoviç Landaunu ölümdən xilas etmək mümkün olur. 
1962-ci ilin sentyabr ayında onu SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürürlər. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirir, ancaq 1964-cü ilin 25 yanvarında öz evinə qayıda bilir.

1968-ci ildə də qəzadan sonra özünə heç cür gələ bilməyən alim yenidən xəstəxanaya düşür və orada dünyasını dəyişir…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Konsul partlayışda yaralandı 5 Avqust 2020, 00:52 Beyrutdakı partlayışda ölü sayı 70-ə çatdı: 3,7 min yaralı var - YENİLƏNİB 5 Avqust 2020, 00:36 Respublikaçı Alternativ partiyası qurultay keçirdi 5 Avqust 2020, 00:26 Paytaxt dəhşətli partlayışdan sonra - FOTOLAR 5 Avqust 2020, 00:07 Qubernator göz yaşlarına boğuldu - VİDEO 4 Avqust 2020, 23:49 Daha səkkiz vətəndaşımız vətənə təxliyə olundu 4 Avqust 2020, 23:32 “Palmali”nin gəmisi də partlayış zamanı limanda  olub 4 Avqust 2020, 23:24 Beyrut xəstəxanaları yaralılarla doldu: ölü sayı 30-a çatdı 4 Avqust 2020, 23:13 Avropa yenidən sərhədlərini bağlaya bilər 4 Avqust 2020, 22:33 Livanda matəm elan olundu: ölənlərin sayı artır 4 Avqust 2020, 22:16 Türkiyədə ardıcıl zəlzələ oldu 4 Avqust 2020, 21:59 ÜST tibbi maskanı həmrəylik rəmzi elan etdi 4 Avqust 2020, 21:52 Türkiyədə daha 1 083 nəfər koronavirusa yoluxdu 4 Avqust 2020, 21:39 Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib 4 Avqust 2020, 21:20 Ölkə daxilində hərəkət üçün “icaze.e-gov.az” portalında ezamiyyə vərəqi alınmalıdır - QƏRAR 4 Avqust 2020, 21:11 Bu şəxslərin XİDMƏTİ VƏSİQƏ ilə hərəkətinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 21:11 Əli Əsədov sərt karantinlə bağlı daha bir QƏRAR verdi 4 Avqust 2020, 20:57 Paytaxtda güclü partlayış: 6 ölü, YENİLƏNİB - VİDEO 4 Avqust 2020, 20:52 “WhatsApp”da mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq 4 Avqust 2020, 20:37 Yeni ekspres avtobuslar xəttə  buraxılır - GEDİŞHAQLARI... 4 Avqust 2020, 20:24 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 51 nəfərədək azaldı 4 Avqust 2020, 20:14 Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edilib 4 Avqust 2020, 19:39 Çinin koronavirusa qarşı aparıcı həkimləri Bakıda - FOTO 4 Avqust 2020, 19:24 Samir Şərifov: “İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək” 4 Avqust 2020, 18:57 XİN: BMT-də COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiya davam edir 4 Avqust 2020, 18:45 Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ 4 Avqust 2020, 18:32 Milli Məclisin deputatları Belarusda prezident seçkilərini izləyəcək 4 Avqust 2020, 18:27 “Space” 1 saatda 20 dəqiqə reklam verdiyi üçün CƏZALANDIRILDI 4 Avqust 2020, 18:16 Dolların sabaha olan məzənnəsi açıqlandı 4 Avqust 2020, 18:14 Bakı Nəqliyyat Agentliyi daha 5 ekspres xətt təşkil edir 4 Avqust 2020, 18:05 “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib 4 Avqust 2020, 17:59 Korrupsiyada ittiham olunan kral ölkəni tərk etdi 4 Avqust 2020, 17:56 “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” – Elxan Şahinoğlunun ŞƏRHİ 4 Avqust 2020, 17:31 Bu idman komplekslərində viruslu xəstələr müalicə alacaq 4 Avqust 2020, 17:24 Koronavirusa bugünkü yoluxma azalıb, sağalma artıb - RƏQƏMLƏR 4 Avqust 2020, 17:23