Modern.az

Bakıda Novruzla \"vida mərasimi\"ndən FOTOLAR

Bakıda Novruzla \

26 Mart 2018, 23:22

Artıq Novruz bayramının sonuncu günüdür. Xalqımız Bakının qədim küçələrində əcnəbi qonaqlarla birlikdə Novruzu uğurlayıb yola salırlar. Artıq gözə nə kosa dəyir, nə də keçəl... Amma Novruzun koloritindən doymayan əcnəbi qonaqlar yenə də İçərişəhərin köhnə, dar dalanlarında gəzişir, sonuncu gündə Novruzla vidalaşmaq istəyirlər. Yalnız milli mətbəximiz milli bayramımızın yanında qalıb ona yoldaşlıq edir.  Turistlər sinilərdə parıldayan paxlavalardan, şişdə qızaran lülə kababından, heç zaman dadını unutmayacağı təndir çörəyindən dadırlar. Hamı bu müqəddəs bayramla sağollaşmağın ruhiyyəsini simasına hopdurub.

Yaxşısı budur ki, Modern.az-ın həmin yerdən, bayramla vida mərasimindən çəkdiyi fotolar danışsın:

 

 

 

 

 

 

 

 

 

FOTO:İsmət Paşa

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir