Modern.az

Təkərqaraldanın qazancı... - FOTOLAR

Təkərqaraldanın qazancı... - FOTOLAR

Reportaj

30 Mart 2018, 10:16

Bakı küçələrində hələ də təkər qaraldan gənclərlə rastlaşırıq. Onlar soyuqda da, istidə də iş başında olurlar.

 

Onların əlləri həmişə kir-pas içində olur. Nə var ki, təkər qaraldıb 50 qəpik, 1 manat pul alırlar. Onlar həm də maşınları yuyurlar, şüşələrini silirlər.

Bəzən işıqforda dayanan avtomobillərin qabağına qaçırlar və sürücülərin etirazlarına baxmayaraq, şüşələri silməyə, təkərləri qaraltmağa başlayırlar.

 

Modern.az saytı belə şəxslərdən biri ilə qısa söhbət edib. Bu gənc adının çəkilməsini istəmir, amma fotolarını çəkməyə də etiraz etmir.

“Özüm elektrikəm, lakin heç yerdə iş tapa bilmədiyim üçün bu işlə məşğul oluram”-deyə bildirir.

 

O deyir ki, bir maşının təkərini qaraltmağa görə ona 30-50 qəpik arasında pul verirlər.

“Bu pulda mənim gündəlik çörək puluma çatır.Bəzən insaflı olub 1 manat da verənlər olur”.

 

O bildirib ki, çox yerlərə iş üçün müraciət edib, lakin kömək edən olmayıb.

 

“Bəzən elə sürücülər olurki əlavə olaraq maşınını sildirir. Ona görə də 1 manat verən olur”.

 

İsmət PAŞA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi