Arxiv
31 mart 2018, 09:25 | FOTOSÖHBƏT
Seyran Səxavətlə FOTOSÖHBƏT

Modern.az saytı tanınmış yazıçı Seyran Səxavətlə FOTOSÖHBƏT layihəsini təqdim edir.

 

Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləyib (1962-1964). Sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olub (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışıb, sonra iki il İranda tərcüməçi işləyib (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərib (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləyib (1981-1991).

 

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlayıb. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunub. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram Teatrında (1988), "Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulub.

 

2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülüb.

 

Seyran Səxavət ailəlidir, 3 övladı var.

 

1952-ci il, Qarabağda Turşsu var, biz hər ay orada istirahət edirdik.  Nənəm, anam, bacılarım, qardaşlarım və mən.

 

 

Bu şəkil də 1956-cı ildə Turşsuda olduğumuz vaxtda çəkilib. Nənəm, anam, böyük bacım, qardaşlarım və mən.

 

Seyran Səxavət 16 yaşında, dünyanı bəyənməyən vaxtları. Elə bilirdim əlimi çənəmə qoymaqla şair oldum.

 

 1962-ci il Fizuli. Yanımdakı rusdu, rəssam idi, adı Viktor Dutkin. Gəlmişdi Fizuliyə, orada tanış olduq.

 

Burada 16 yaşım var idi. Ağdamda “Lenin yurdu” qəzeti çıxırdı, orada şeir dərnəyi var idi. Fizulidən 60 km uzaqlıqda idi, avtobusla dərnəyə gedirdim. Sol tərəfimdəki Ağdamda məşhur olan Murad Yusifbətli, sağ tərəfimdəki isə Elmar Qasımovdu.

 

Birinci kursda oxuyan vaxt çəkdirmişəm.

 

Tələbəlik illərində çəkilən daha bir şəkil , il 1965.

 

 

1974-76-cı illərdə İranda şahın zamanında tərcüməçi işləmişəm.  Şəkildəkilər sovet mütəxəssisləridir.

 

 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə çəkilib. 

 

 Tofiq Abidin və digər dostlarla, il 1976.

 

 

Bu şəkil 1976-cı ildə çəkilib. Sabir Rüstəmxanlı,Hüseyn Arif, Ayaz Vəfalı, Seyran Səxavət Ağacavad Əlizadə.

 

Rus yazıçı Yevgeni Nekrasov, onun uşağı və mən. 1976-cı ildə çəkilib.

 

SSRİ Müdafiə Nazirliyində Bişkek (əvvəkli adı Frunze) şəhərində tərcüməçi işləmişəm.

 

1988-ci ildə çəkilən bir şəkildi. Şəkildə Abbas Abdulla və digər tanınmışlar var. Zağulbada gənc yaradıcıların seminarı zamanı çəkilib.

 

1989-cu ildə İspaniyada olanda çəkilib. Masanın üzərindəki şeytandı, onlar onu yeyirdi. Bizim üçün maraqlı idi.

 

Subaylığa əlvidə dediyim günün fotosu. Mən və həyat yoldaşım.

 

Professor Musa Yaqub və həkim dostumuz xanımla. 

 

 Xalq artisti, Azərbaycan Dram Teatrının direktoru Azərpaşa Nemətovla bir arada. İl yadımda deyil, Ağsuya rəhmətlik Səməndər Rzayevin yubileyinə getmişdik.

 

Bu şəkil 2005-ci ildə çəkilib. Professor Mürşüd Məmmədli, Musa Yaqub və mənim uşaqlıq dostum akademik Hətəm Quliyevlə birlikdəyik.

 

 

Böyük yazıçı Aleksandır  Ebanoidze ilə 2005-ci ildə çəkilib. Uzun müddət “Drujba naroda” jurnalının baş redaktoru olub. Əslən gürcüdür, amma Rusiyanın ən güclü rusdilli yazıçılarından biridir.

 

Xanəndə Süleyman Abdullayevlə birlikdə.

 

Oxuculara imza verirəm, təxminən 2012-ci il olar.

 

Azəri qızı Günel, mən və onun qohumu...

 

Elza Seyidcahanla birlikdə...

  

 

Uşaqlıq dostum akademik Hətəm Quliyevlə birlikdə

 

Mağar toyunda tost deyirdim. Yanımdakılar da bibilərimdi.

 

 

Məşhur türk  müğənnisi Mehmet Özkaya ilə birlikdə. Şəkil ötən il çəkilib.

 

Ankarada motosiklet sürmək eşqinə düşmüşdüm.

 

 

 

Mehmet Özkaya, Rəşad Məcid və Seyran Səxavət

 

14 külqabı və mən. Mən nəsə yazırdım, xəbərim olmadan çəkilib, xoşuma gəlir bu şəkil.

 

 

Mustafa Kamal Atatürkün xidməti avtomobili...

 

Bu şəkil də Türkiyədə çəkilib. Xanım həmyerliyimiz Aida Zeynalovadır.

 

Ankaraya getdinsə, mütləq Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməlisən.

 

 Ankara Böyük Şəhər Bələdiyyəsi Cəbəci məzarlığı. Məhəmməd Əmin Rəsulzadə həmin məzarlıqda dəfn edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 19:06 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49 Bakıdan Cəlilabada gedib ev yardılar - FOTO   6 Dekabr 2019, 16:48 Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir 6 Dekabr 2019, 16:44 Əkrəm Əylisli: “Mənim barəmdə prezidentə yalan informasiyalar veriblər” - MÜSAHİBƏ 6 Dekabr 2019, 16:42 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək   6 Dekabr 2019, 16:38 Ermənistan Azərbaycanı bəzi yerli su mənbələrində məhrum edib - Qorxmaz Hüseynov 6 Dekabr 2019, 16:25 “Bir gün ərzində 650 min ağacın əkilməsi böyük nəticədir” - Cavid Osmanov 6 Dekabr 2019, 16:20 Merkel Putin və Zelenski ilə görüşəcək 6 Dekabr 2019, 16:13 Diaspor rəhbəri Bratislavada ATƏT-in tədbirinə qatılıb 6 Dekabr 2019, 16:12 “İcmalar oyununa getməyək” – Eks-nazirdən ÇAĞIRIŞ 6 Dekabr 2019, 15:39 Dilqəm Əsgərovun oğlu NARAZIDIR: “Atamgil həkim nəzarətində saxlanılır” 6 Dekabr 2019, 15:36 Belə millət vəkillərimiz də olub! 6 Dekabr 2019, 15:25 Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı 6 Dekabr 2019, 15:20 Gəncədə 10 mindən artıq ağac əkilib - FOTO 6 Dekabr 2019, 15:04
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?