Modern.az

Qulamhüseyn Əlibəyli: “İqtidarla müxalifət arasında vasitəçi olmaqdan qorxuram” (MÜSAHİBƏ)

Qulamhüseyn Əlibəyli: “İqtidarla müxalifət arasında vasitəçi olmaqdan qorxuram” (MÜSAHİBƏ)

8 Avqust 2011, 11:12

Aydınlar Partiyasının sədri hesab edir ki, onların “ulduz saatı” 2013-cü ildən başlanacaq

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, İctimai Palata müxalifətdaxili münasibətlərdə nümayiş etdirdiyi monopoliya cəhdlərindən imtina etməlidir. Modern.az-a müsahibəsində partiya sədri ölkədəki ictimai-siyasi vəziyyət və digər məsələlərlə bağlı açıqlamalar verdi

- Müxalifət düşərgəsində son zamanlar gedən proseslər barədə hansı qənaətləriniz var?

- İlk növbədə nəzərə almaq lazımdır ki, müxalifət vahid deyil. Siyasi-ideoloji cəhətcə bir-birinə uyğun  vahid orqnizm kimi fəaliyyət göstərmir. Bu istər-istəməz müxalifət quvvələri arasında çəkişmələrə və narazılıqlara gətirib çıxarır. Müəyyən məqamlarda müxalifətin bir hissəsi birgə fəaliyyət göstərə bilir.  Ən böyük problem məhz təşkilatlanma ilə bağlıdır. Müxalifətin bütün spektrini əhatə edən, hamı tərəfindən qəbul olunan vahid təşkilati mərkəz yoxdur. Bunun yaradılması prosesi çox çətindir. Amma hər halda müəyyən məqamlarda müxalifətin əməkdaşlığını təmin etmək üçün belə mərkəzin yaradılması mümkündür. İctimai Palata belə mərkəz rolunu oynamaq istəyirdi, amma buna nail ola bilmədi. İndi İctimai Palata iki əsas partiyanın bazasında yaradılıb. Palata daha çox mitinqlərə və kütləvi aksiyaların keçirilməsinə üstünlük verir. İctimai Palata nümayəndələri elə hesab edir ki, Azərbaycan müxalifətini yalnız onlar təmsil edir. Belə kiçik çəkişmələr, başqa qüvvələrin buraxılmaması, müvəqqəti və natamam birliklərin yaradılması müxalifət düşərgəsnin əsas problemidir. İkinci məsələ müxalifətin bir qüvvə olaraq bütövklükdə vahid strategiyası yoxdur. Bu da onun dağınıqlığından irəli gələn məsələdir. Ictimai Palataya qayıdaq. Palata mitinqlərə və müxalifətin digər qüvvələrinin tənqidinə üstünlük verir. Mənə elə gəlir ki, vahid strategiya işlənib hazırlanmalıdır. Bunu isə müxalifətin əksər qüvvələrinin razılaşdırması vacibdir. 

- Aydınlar Pariyası bir qədər proseslərdən kənarda qalması təsiri bağışlayır. Bu sizin öz strategiyanızıdır yoxsa patiya siyasi müstəvidə yerini tapa bilmir?

- Bəli. Biz parlament seçkilərindən sonra müzakirə edib qərara gəldik ki, 2013-cü ilə qədər olan müddətdə əsas diqqət təşkilatlanmaya verilsin. Düzdür, ayrı-ayrı proseslərə münasibət bildiririk. Amma bütövlükdə proseslərə qoşulmuruq. Heç bir siyasi qurumun işində iştirak etmirik. Bu partiyanın özünün taktiki xəttidir.

- Bu taktika özünü doğruldurmu?

- Hər halda biz təşkilati işin xeyli hissəsini görmüşük. Hesab edirik ki bu şəkildə davam etdirəcəyik.

- Hazırda siyasu proseslərdən kənarda qalmaq sizin üçün ictimai rəyə təsir etmə imkanı baxımından problem yaratmayacaq?

- Hesab etmirəm ki, ciddi şəkildə bizə problem yaradacaq. Çünki bizim təşklatı işlərə daha çox diqqət ayırmağımız imkan verir ki, seçki ərəfəsində qüvvələrimizi bir daha sınağa çəkək.

- Hazırda siyasi partiyalar müxtəlif birliklərdə iştirakla bağlı təkliflər alırlar. Məsələn, ADP “Kölgə parlamenti” yaratmaq üçün danışıqlar aparır. Yeri gəmişkən, bura qoşulmaq təklifi almıısınız?

- Biz heç bir siyasi qurumun təşkilində iştirak etmirik. Bu barədə partiyanın qərarı var. Düzdür, bunu tam istisna etmirik. Gələcəkdə ola bilsin belə addım ataq. İndi ilk növbədə partiyadaxili təşkilatlanma işmizi həll etməyə üstünlük veririk. Bu qısamüdətli fasilədir. Partiya gələcək seçki kampaniyaları dövründə daha geniş şəkildə işini quracaq.

- 2013-cü ildə yenidən prezidentliyə namizədliyinizi verəcəksiniz?

- Onu gələcək göstərər.

- Ermənistanda hakimiyyət-müxalifət dialoqu başlandı. Uzun müddət Azərbaycanda da belə təkliflər səslənirdi. Amma bizim iqtidarla müxalifəti bir masa arxasında görmək hələ ki alınmır. Hakimiyyət “radikal” saydığı müxalifətlə danışıqlar aparmağı mənasız iş sayır, “konstruktiv” adlandırdığı müxalifətlə isə xüsusi bir danışıqlara ehtiyac olmadığını bildirir. Sizcə burada hansı problemlər var?

- Müxalifətin bu şəkildə bölünməsinin tərəfdarı deyiləm. Müxalifət müxalifətdir. Onun seçdiyi yol müxtəlif ola bilər. Kimsə inqilab yolunu seçə bilər, kimsə də hesab edə bilər ki, tənqid, təklif və tövsiyə ilə daha məqbuldur. Yəni sosial nəzarət yolunu seçə bilər. Hesab edrirəm ki, bayaq saydığımız müxalifətdaxili problemlər də bu dialoqun alınmasına mane olur. Müxalifətin müəyyən hissəsi hakimiyyəti rəsmən qəbul eləmir. Hakimiyyətin onlara münasibəti qarşılıqlıdır. “Sən məni tanımırsansa, mən də səni tanımıram” prinsipi…
Müxalifətin bir hissəsi deyir ki, yalnız onunla dialoq aparılmalıdır. Hakimiyyət də bundan istədiyi kimi yararlanır. Bu baxımdan hakimiyyət dialoqa meyilli deyil. İqtidar hesab edir ki, bütün məsələləri bilir və hər hansı müzakirəyə ehtiyac duymur. Bununla yanaşı, fikirmcə, dialoqun alınmamasının əsas məsuliyyəti hakimiyyətin üzərindədir. Hakimiyyət işğalçı Ermənistanla danışığa gedə bilirsə, deməli öz vətəndaşı ilə də müzakirəyə gedə bilər. Dialoqa gedib ortaq nəticə tapmaq olar.

- Partiya rəhbərləri ilə əlaqələr saxlayırsınızmı? Məsələn AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbərlə münasibətləriniz korlanmayıb?

- Yox. Şəxsi münasibətlərdə problemlərimiz yoxdur. Vaxtaşırı olaraq görüşürük, salamlaşırıq. Bir birimizdən hal-əhval tuturuq. Amma hələlik siyasi münasibətlərimiz yoxdur.

- Sizə müxalifət liderləri tərəfindən İctimai Palatada iştirakla bağlı dəvət gəlir?

- Məncə, İctimai Palataya üzv olmaq üçün heç kimi çağırmırlar. Amma deyim ki, İctimai Palataya daxil olmaqla bağlı dəvət olub. Amma bunu qəbul etməmişik.

- İctimai Palata iqtidara islahatların keçirilməsi üçün “yol xəritəsi”ni təqdim edib. Bu təklifləri necə dəyərləndirirsiniz?

- Mənə elə gəlir ki, o təkliflərdə müəyyən qədər qəbulolunmaz variantlar var. Orada müxalifət yalnız İctimai Palatadan ibarət olduğu qeyd olunur. Müəyyən məsələlər var ki, onları müzakirə eləmək olar. Hesab edirəm ki, ilk əvvəl iqtidarla müxalifət arasında dialqoun başlanması və davamlı olması vacibdir. Burada tutaq ki, Qarabağ problemi, sərbəst toplaşmaq azadlığı barədə müzakirələr aparmaq olar. Əsas odur ki, bu “müzakirə xətrinə müzakirə” olmasın. Müəyyən bir razılıqla nəticələnsin. İqtidar öz addımlarından müəyyən qədər geri çəkilə bilər. İctimai Palata da öz iddalarından geri çəkilməli, dairəni genişləndirməlidir.

- Siz bu dialoqla bağlı hakimiyyətlə müxalifət arasında vasitəçi kimi çıxış edə bilərsinizmi?

- Mən bu barədə fikirləşməmişəm. Həm düzünə qalsa, vasitəçi olmaqdan qorxuram.

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir