Arxiv
4 Aprel 2018, 16:29 | MÜSAHİBƏ
Bakıda keçiriləcək “Formula 1”in tribunalarında çox az yer qalıb - MÜSAHİBƏ

Aprelin 27-29 tarixləri arasında Bakı şəhərində 3-cü  «Formula 1» Azərbaycan Qran Prisi keçiriləcək. Hazırda Bakı şəhərində "Formula 1" yarışlarına hazırlıq sürətlə gedir. Modern.az görülən işlərlə bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə söhbətləşib.

 

- Bakıda 3-cü “Formula 1” yarışlarına hazırlıq gedir. Bu Qran Pridə hansı yeniliklər gözlənilir?

- Bizim ümumilikdə 3-cü Qran Priyə hazırlıqlarımız gedir. Əsas dəyişikliklərimiz sırf əyləncə proqramları ilə bağlıdır. Bizim trasın quruluşu dəyişmir, hər zaman olduğu kimi Bakı Şəhər Halqasıdır (BŞH). Yarışlar 6 km-lik BŞH-da keçiriləcək. Lakin əyləncə proqramı hər il daha maraqlı, daha zəngin olur. Bu il də hər zaman olduğu kimi, əyləncə hissə Bulvarda olacaq – Dəniz limanından Azneft meydanına qədər. Bununla yanaşı, bizim əsas qonaqlarımız Kristina Aqilera, “Jamiroquai” musiqi qrupu  və Dua Lipa olacaq. Lakin onlardan başqa məşhur DJ-lər xüsusi konsert proqramı ilə çıxış edəcəklər.  Çalışırıq ki, əyləncə hissəsini daha zəngin edək. Bu il Bulvar ərazisində çoxsaylı şoular, əyləncə proqramları olacaq. Tək simulyatorlar, oyun zonaları yox, ayaqüstü əyləncələr də olacaq.

 

- 2016-cı ildə ilk dəfə Bakıda “Formula 1” Qran Prisi keçiriləndə yəqin ki, müəyyən çatışmazlıqlar olub. Həmin çatışmazlıqlar aradan qalxıb?

- Biz çalışırıq ki, hər il avtoidman həvəskarlarının, fanatların sayını artıraq. Bunun artdığının şahidi oluruq. Bundan başqa, biz bu il fərqliliyə imza ataraq regionlara çıxdıq. Bir ay ərzində 6 regionda simulyator çempionatı keçirdik, həmçinin Avtomobil Federasiyası ilə birlikdə yol hərəkəti qaydaları üzrə təlimlər də təşkil etdik. Lənkəran, Quba, Qax, Füzili, Şirvan və Mingəçevirdə bizim xüsusi avadanlıqları olan maşınımız vasitəsilə simulyator çempionatı keçirdik. 1200-ə yaxın gənc bu çempionatlarda iştirak etdi, ümumilikdə isə 2000-dən çox adam bizim bu layihənin iştirakçısı oldu. Bu baxımdan çalışırıq ki, yalnız Bakını yox, regionları da əhatə edək. Ona görə deyə bilərik ki, həvəskarların sayı artır.

 

- “Formula 1” pilotları arasında azərbaycanlı yoxdur. Buna marağı artırmaq üçün nələr etmək lazımdır?

- “Formula 1” pilotunu yetişdirmək çox uzun və kompleksli bir prosesdir. Bizim hazırda “Formula 1”də heç bir pilotumuz yoxdur. Tək biz deyil, bütün dünyada istedadlı pilotlar var, amma “Formula 1” mərhələsinə keçmək o qədər də asan şey deyil. Azərbayanlı pilot Gülhüseyn Adullayev “Formula 3” və da digər yarışlarda iştirak edir.  “Formula 1” pilotları bu işə çox erkən yaşlarından başlayırlar, kartinqlərə qatılırlar, yarışlarda iştirak edirlər. Adətən avtodromu olan, kartinqləri olan ölkələrdə daha çox şans var ki, orda gənclər “Formula 1”ə gəlib çıxa bilsinlər. Pilotların xüsusi maliyyələşdirilməsi, sponsorları olmalıdır. Ümid edirik ki, kartinqlər olarsa, bizdə də avtoidmana həvəs artarsa, nə zamansa “Formula 1”də yarışmağa qadir olan bir gəncimiz yetişəcək. İnkidi mərhələdə hələ ki yoxdur.

 

- Əvvəlki illərlə müqayisədə bilet satışlarında artım varmı? Daha çox hansı ölkələrdən maraq göstərirlər?

-  Biletlərlə bağlı hələ məlumat verə bilmirik, çünki bilet satışları hazırda da intensiv davam edir. Onu qeyd edə bilərik ki, tribunalara biletlər artıq satılmaq üzrədir, çox az yer qalıb. Biletlərə ölkə xaricindən də maraq çoxdur. Rusiya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Qazaxıstan və sair ölkələrdən bilet alanların sayı çoxdur. Azərbaycam vətəndaşları da  ilk onluğa daxildir.

 

- “Formula 1” Azərbaycana nə qazandırdı?

- Mənim fikrimcə bunu sübut etməyə heç bir ehtiyac yoxdur, əvvəlki illərdə bunu gözümüzlə görmüşük. Ölkədə tursitlərin sayı günü-gündən artır, burda da “Formula 1”in önəmli rolu var. “Formula 1” dünyanın 200-dən çox ölkəsində izlənilir. Canlı olaraq 500 milyona yaxın insan bu yarışları izləyir. Bu yarış Azərbaycanın adını bir daha dünya ölkələri arasında  ön sıralara çıxardı. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən “Formula 1” yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Araşdırmanın nəticələrinə dair hesabatda qeyd olunur ki, indiyədək Bakıda keçirilmiş “Formula 1” yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Ümumilikdə isə bu, dünyada tanınmaqdır, prestijdir, turizmin inkişafı və ölkəyə dolayı və birbaşa gəlirdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59