Modern.az

Zəhər Rusiyaya aid deyilmiş: İngiltərə geri çəkildi - Sensasiya

Zəhər Rusiyaya aid deyilmiş: İngiltərə geri çəkildi - Sensasiya

5 Aprel 2018, 00:15

İngiltərə Xarici İşlər Nazirliyi keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə edildiyi iddia edilən sinir qazının birbaşa Rusiyadan gəldiyinə dair paylaşılan məlumatı silib.

Modern.az  xəbər verir ki, İngiltərənin hərbi laboratoriyası "Porto Daun"un sədri Qari Aitkenheyd Skripal və qızının zəhərlənməsində istifadə edilən kimyəvi maddənin Rusiyadan gəlməsinin sübuta yetirilmədiyini bəyan edib. Bu açıqlamadan dərhal sonra XİN Tvitter hesabında paylaşılan tviti silib.

Qeyd edək ki, zəhərin Rusiyada istehsal edildiyi ilə bağlı hər hansı faktın olmaması İngiltərənin Rusiyaya yönəlik ittihamlarını əsassız edır.

(sputnik)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...