Modern.az

DİN ötən gün 30 cinayətin üstünü açıb

DİN ötən gün 30 cinayətin üstünü açıb

Aktual

5 Aprel 2018, 10:14

Daxili İşlər Nazirliyi (DİN) aprelin 4-dən 5-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.


Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.  

        
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

        
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır. 

        
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.

        
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir