Modern.az

Əhalinin bank əmanətləri 7,7 milyard manata çatıb

Əhalinin bank əmanətləri 7,7 milyard manata çatıb

5 Aprel 2018, 11:25

28 fevral tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olmuşdur. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2.2% (83 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir