Arxiv
5 Aprel 2018, 14:42 | REPORTAJ
Məşhurlarla görüşdən XATİRƏLƏR: “Elçibəy dedi ki, sən mütləq ali məktəbə daxil olmalısan”

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər. 


Modern.az
 saytının “Məşhurlarla görüşdən xatirələr” adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.


Budəfəki müsahibimiz Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafadır.

 

Deputat  bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib.  


Əbülfəz Elçibəylə ilk görüşündən xatirə...
 


“Mənim ən yaddaqalan görüşlərimdən biri Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəylə ilk tanışlığım olub. Onunla ilk görüşüm 1981-ci ilin avqustunda mən orta məktəbdə 9-cu sinifdə oxuyarkən baş tutub. O zaman Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bizim qohumlarımız vasitəsilə mənim haqqımda eşitmişdi. Və bildirmişdi ki, Əbülfəz Elçibəy Naxçıvana gələndə mənimlə onu mütləq görüşdürəcək. O, yay ayında gəlmişdi və mənə bildirdilər ki, səni Elçibəylə görüşdürmək üçün gəlib aparacağıq. Mənim o zaman Güney Azərbaycana həsr olunmuş şeirlərim vardı. Həmin şeirləri götürüb görüşə getdim. Çox maraqlı bir görüşümüz baş tutdu. Bu görüş 2 saatdan çox çəkdi. Görüş zamanı Əbülfəz bəy mənim şeirlərimə baxdı və çox bəyəndi”.

 


“Naxçıvanda gizli təşkilatımız vardı”

 

Deputat xatırladıb ki, həmin görüşdə Əbülfəz Elçibəy ona deyib ki, ali məktəbə qəbul olunmağına köməklik göstərəcək:


“Mənə telefon nömrəsini də verdi. Dedi ki, sən mütləq ali məktəbə daxil olmalısan. O zaman bizim Naxçıvan şəhərində gizli təşkilatımız da vardı. O təşkilatda rejim əleyhinə çox ciddi işlər görülürdü. Daha çox Cənubi Azərbaycanın birliyini təbliğ edirdi. Bununla bağlı da bir neçə söhbətlərimiz oldu. O zaman Əbülfəz Elçibəyin “Azərbaycan jurnalı”nda bir yazısı çıxmışdı. Jurnalda Tofiq Fikrətin “Millət Şərqisi” seirini ilk dəfə oradan oxumuşdum.


Zülmün topu var, gülləsi var, qəlpəsi varsa, 
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

“Millət Şərqisi” seirinin bu bəndini ilk dəfə oradan oxumuşdum. Bir də “Fərabi”ilə bağlı elmi məqaləsi vardı.Təsəvvürüm vardı onun fəaliyyəti haqqında. O vaxtdan bizim dostluğumuz başladı. Bu görüş mənim yaddaşımda bir dönüş nöqtəsi yaratdı”.

“Hamının köməkliyindən imtina etdim”

Fazil Mustafa bildirib ki, Bakıya gələndən sonra Əbülfəz Elçibəyi aramayıb:

“O dövrdə mənim düşüncəm bu idi ki, hər şeyi öz gücümə əldə etməliyəm. Ona görə də ali təhsil və başqa məsələlərdə hamının köməkliyindən imtina etdim. Sonrakı dövrdə isə yataqxanada qalanda iş elə gətirdi ki, Əbülfəz Elçibəy bizim otağa gəldi. Dostlarla birlikdə səhərə kimi söhbət etdik. O vaxtdan dostluğumuz bir təşkilatda, bir yerdə fəaliyyətə dönüşdü. Sonrakı dövrlərdə də bir yerdə olduq. Ən çox xatirəmdə qalan görüşlərdən biri məhz danışdığım hadisə olub”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27