Modern.az

Tələbələrdən Aprel şəhidlərinə həsr olunan tamaşa: “Yarımçıq qalmış”

Tələbələrdən Aprel şəhidlərinə həsr olunan tamaşa: “Yarımçıq qalmış”

9 Aprel 2018, 10:05

UNEC-də “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.

 

Modern.az xəbər verir ki, UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin canlandırdığı səhnə əsəri Aprel döyüşləri zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub. Tamaşa Yefim Abramov və Leyla Bəyimin müəllifi olduğu “Xəyalpərvər oğlan” pyesi əsasında hazırlanıb.

 

Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan UNEC-in məzunları Tural Dadaşov və Mahir Mirzəyevin valideynləri universitetin müəllim-tələbə heyəti ilə birlikdə tamaşanı izləyib.

 

Tələbələrin peşəkarlıqla canlandırdığı səhnə əsərini tamaşaçılar alqışlarla qarşılayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi