Modern.az

Qərbi Kaspi Universiteti bu qurumla əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti bu qurumla əməkdaşlıq edəcək

9 Aprel 2018, 11:17

Qərbi Kaspi Universiteti və Layihələrin İdarəedilməsi Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq Memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, sənəd tərəflər arasında əməkdaşlıq münasibətlərini təmin etməklə layihə menecmentinin inkişafı, birgə məlumatlandırma, maarifləndirmə, layihələrin idarə edilməsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin icra olunması və bu sahədə birgə fəaliyyətin qurulması, bu sahənin inkişafında milli və beynəlxalq təlimlərin icrası və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı nəzərdə tutur.

 

Qərbi Kaspi Universitetin rektoru, professor Andris Leitas imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında bunları deyib: “Qərbi Kaspi Universiteti ayrı-ayrı istiqamətlər üzrə yerli və beynəlxalq miqyasda yeni əməkdaşlıq əlaqələri qurur.

 

AzPMA ilə əməkdaşlığımız çərçivəsində müxtəlif tədbirlərin, təlimlərin, seminarların keçirilməsini, layihələrin idarə edilməsi üzrə beynəlxalq standartların mənimsənilməsi, onun inkişafı və təbliğatı məqsədilə müxtəlif təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, gənclər üçün birgə beynəlxalq standartlar əsasında layihələrin idarə edilməsi üzrə xüsusi tədris kurslarının təşkilini, beynəlxalq ekspertlərin dəvəti ilə tədris və konsaltinq xidmətlərinin həyata keçirilməsi, habelə tələbələrin Azərbaycanda beynəlxalq IPMA standartları üzrə sertifikatlaşdırılması kimi tədbirləri nəzərdə tuturuq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?