Modern.az

Cəbhə Yükdaşıma Şəbəkəsinin 9-cu Qlobal Yiğıncağı keçirilir - BAKIDA

Cəbhə Yükdaşıma Şəbəkəsinin 9-cu Qlobal Yiğıncağı keçirilir - BAKIDA

9 Aprel 2018, 12:02

Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə aprelin 5-də Bakıda Cəbhə Yükdaşıma Şəbəkəsi - “Frontline Freight Networks”un 9-cu Qlobal iclası öz işinə başlayıb. Tədbirin ilk günü Bakının “Hilton” mehmanxanasında iştirakçıların şərəfinə ziyafət təşkil edilib. Bu gün isə konfransın rəsmi açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, müxtəlif ölkələrdən 40-dək nümayəndənin iştirak etdiyi konfrans ikigünlük işgüzar görüş iclasları formatında davam edir. Ardınca tədbir iştirakçıları Bakının tarixi yerlərinə, o cümlədən də İçərişəhərə ekskursiya edəcək və eləcə də Konfransın Qala gecəsinə qatılacaqlar.

 

Qeyd edək ki, FFN (Frontline Freight Networks) həm səlahiyyətli, həm də etibarlı yük göndərmə və loqistika mütəxəssisləri qrupudur. Dünyanın hər yerində üzvləri olan təşkilatın illik konfransı FFN təqviminə uyğun olaraq keçirilir.

 

Tədbirin təşkilində əsas məqsəd, işgüzar imkanları müzakirə etmək və fəaliyyətdə olan, eləcə də dünyanın hər yerindən cəlb edilən yeni üzvlərlə görüşməkdir.

 

Konfrans iştirakçılarını hər il fərqli ölkələrdə bir yerə toplayan FFN İdarə Heyətinin qərarına əsasən, bu dəfəki görüş məkanı Bakı seçilib.

 

2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri də, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə, Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etməkdir. Bu məqsədlə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.

 

Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

 

Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu 2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Növbəti Festival bu ilin 1-31 May tarixlərində keçiriləcək və alıcılara 800-dən çox mağazada sərfəli alış-veriş imkanı təqdim ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir