Modern.az

\"Kapital Bank\"dan 174 min manatlıq oğurluq haqda AÇIQLAMA

\

9 Aprel 2018, 13:05

"Kapital Bank" bankomatdan oğurluq hadisəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Bankdan Modern.az-a verilən açıqlamada qeyd olunub ki, ötən həftə "Kapital Bank"ın Yasamal filialında (Landau küç., bina 6) bankomata müdaxilə edilib.

 

"Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik", - deyə bildirilib.


Xatırladaq ki, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb. Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

 

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi