Modern.az

Azərbaycanı müdafiə edən siyasətçini ölümlə hədələyirlər  

Azərbaycanı müdafiə edən siyasətçini ölümlə hədələyirlər  

9 Aprel 2018, 14:54

Balkanlarda Azərbaycanı fəal müdafiə edən siyasətçi, Makedoniya Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim ölümlə hədələnirlər.
Bu barədə Modern.az-a siyasətçinin dostu, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.


Enes İbrahim bununla bağlı açıqlama verib və mübarizə apardığı inadından geri dönməyəcəyini bildirib.


“Təxminən 20 gündür ki, irqçi-marjinal qruplar tərəfindən müxtəlif təhdid mesajları və məktublar alırıq. Məni ölümlə hədələyirlər. İrqçi-marginal qruplar indi bizi başqa bir mövqedən məhv etmək istəyirlər. Biz rejim dönəmində də inadımızdan gönmədik, qorxmadıq. Bundan sonra əsla dönməyəcəyik. Cəmiyyəti qütbləşdirən və manipulyasiya etdirən siyasi qurumlar və onların idarəçiləri əlbəttə hesab verəcəklər. Mövqeyini gündə dəyişən siyasətçilərin cəmiyyəti parçalamaq istəkləri gerçəkləşməyəcək. Makedoniya Respublikası bizim dövlətimizdir. Dövlət türk toplumu ilə daha da inkişaf edəcək. Türk toplumunu yox sayan irqçi-marjinal qruplar həmişə arzuları elə ürəklərində qalacaq. Ancaq biz türklər doğulduğumuz və yaşadığımız Makedoniyanın inkişafı üçün mücadilə aparırıq. Şərəfli bir gələcək üçün mücadilə edən Türklər dövlətimizin ən sadiq toplumu olaraq qalacaqlar. Ən gərgin və çətin dövrlərdə Makedoniya türkləri həmin qüvvələrə boyun əyməyəcəklər. Həmin qrupu dəstəkləyən Gruevskinin əmri ilə hərəkət edən qüvvələr 2017-ci ilin yanvarında “dillərin istifadə qanunu” na qarşı çıxdıqlarını soydaşlarımız unutmadılar. Təhdidlələrə baxmayaraq, biz heç vaxt mövqeyimizdən və prinsiplərimizdən vaz keçməyəcəyik!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu