Modern.az

Sarkisyan  baş nazir postuna namizəd oldu

Sarkisyan  baş nazir postuna namizəd oldu

Aktual

9 Aprel 2018, 20:20

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.

Modern.az-ın  məlumatına görə, bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan bildirib.

Ötən şənbə günü S.Sarkisyanla keçirdiyi görüşün nəticələrinə toxunan Karapetyan deyib ki, onlar görüşdə baş nazir vəzifəsinə namizədliyin irəli sürülməsi məsələsini müzakirə ediblər.

 

Qeyd edək ki, Ürmənistanda martın 2-də keçirilmiş seçkilərdə Armen Sarkisyan prezident seçilib.

2015-ci ildə Ermənistan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən bu ildən etibarən ölkə parlament idarə üsuluna keçib. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır