Modern.az

Zahir Əzəmət: “Zabilin ata evi yanaraq kül olub, bacısı evsiz qalıb”

Zahir Əzəmət: “Zabilin ata evi yanaraq kül olub, bacısı evsiz qalıb”

9 Aprel 2018, 21:36
Mərhum jurnalist Zabil Müqabiloğlunun ata evi Novruz bayramı gecəsi yanaraq kül oldu. Evdə olan bütün əşyalar yandı. Jurnalistin evdə tək yaşayan bacısı Sevinc xanım evsiz qaldığından hələ də yaxınlarının evində gecələyir. İndi ümidlər dövlət qurumlarınadır. Belə bir gündə jurnalistin ailəsinə daha bir həmkarı dəstək olub. 
 
Tanınmış jurnalist Zahir Əzəmət Moderator.az-a açıqlamasında qeyd edib ki, Zabilin bacısı hökmən evlə təmin olunmalıdır:
 
“Doğrusu o xəbəri eşidəndə çox pis oldum. Ata evi yanaraq kül olub. Bacısı evsiz qalıb. Dövlətin ailəyə yardım etməsi və evlə təmin etməsi hökmən lazımdır. Zabilin taleyi daha faciəli olub. Bir oğlu var, dövlət uşağı himayəyə götürsə, daha yaxşı və güvənli təhsil almasını təmin etsə, yaxşı olardı. Düşünürəm ki, bu Azərbaycan dövləti üçün böyük bir yük olmaz”.
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?