Modern.az

"Xalq  toy-bayrama gəldiyi kimi seçkilərə  qatıldı" - Parlamentin komitə sədri 

Aktual

11 Aprel 2018, 20:44

 

 

“Seçki dövründə 7 rayonda görüşlər keçirdik. İnsanlar həmin görüşlərdə sevinclə iştirak edirdilər və onlar seçkiyə sanki toy-bayrama gələcəkləri kimi yollanacaqlarını qeyd edirdilər. Bu gün də Xətai rayonunda 18 məntəqədə müşahidəçi oldum. Burada həm seçicilər,  həm də beynəlxalq təşkilatların seçkiyə münasibətini müşahidə etdim”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Millət vəkili bu gün çox demokratik şəraitdə seçki keçirildiyini qeyd edib  və xalqın səsini onun gələcək  uğuru  naminə atdığı addım kimi dəyərləndirib:

 

 “Gəldiyim nəticə ondan ibarətdir ki, bu gün  Azərbaycanda çox demokratik şəkildə seçki keçirildi. Xalq toy-bayrama  gəldiyi kimi seçkilərə gəldi. Mən özüm də Nəsimi rayonu 152 saylı məktəbdə ailəmlə birlikdə seçkilərə qatıldım və Azərbaycan prezidentinə səs verdik. Düşünürəm ki, Azərbaycan xalqın seçimi Azərbaycan xalqının uğurudur. Bu uğur Azərbaycanın gələcəyidir. Azərbaycan xalqı yeddi il müddətinə öz gələcəyini etibarlı əllərə həvalə etdi və öz gələcəyinə səs verdi. Bu gün xalq Azərbaycana xidmət edən bir şəxsə- İlham Əliyevə səs verdi  və mən namizədimizi təbrik edirəm. Əminəm ki, namizədimiz cənab İlham Əliyev Azərbaycanımızı daha gözəl günlərə aparacaq. Çünki o, Azərbaycan xalqına xidmət edir”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü