Modern.az

Seçkilərdə bu qədər seçici səs verdi 

Seçkilərdə bu qədər seçici səs verdi 

Aktual

11 Aprel 2018, 20:46

 

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə saat 19:00-a olan seçici fəallığı ilə bağlı məlumat açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74,51 faizi, yəni 3 959 553 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 314min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür