Modern.az

Gürcüstan parlamentinin sədr müavinindən seçki AÇIQLAMASI

Gürcüstan parlamentinin sədr müavinindən seçki AÇIQLAMASI

11 Aprel 2018, 22:13

Azərbaycanda keçirilən prezident seçkiləri Avropa standartlarına tam uyğundur.

 

Modern.az xəbər verir ki, bu fikri Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziguri seçkilərdə apardığı müşahidələrinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

 

Zviad Dzidziguri səhər saatlarından etibarən çoxlu sayda seçki məntəqəsində səsverməni müşahidə etdiklərini və prosesin gedişindən razı qaldıqlarını qeyd edərək deyib:

 

“Seçki prosesini müşahidə etdik, prezidentliyə namizədlərin təmsilçiləri ilə görüşdük. Müsbət haldır ki, prezidentliyə namizədliyi qeydə alınmış 8 nəfərin nümayəndələri bütün seçki məntəqələrində fəaliyyət göstərirdilər. Çox vacib məqamlardan biri də budur ki, onların heç biri seçki prosesinin gedişindən şikayətlənmədi. Belə yüksək səviyyəli seçki keçirdiyi üçün Azərbaycanı təbrik edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü