Modern.az

Beynəlxalq müşahidəçilərdən seçkilərlə bağlı - Bəyanat

Beynəlxalq müşahidəçilərdən seçkilərlə bağlı - Bəyanat

11 Aprel 2018, 22:46

 

"Sivil dialoq" adlı beynəlxalq müşahidəçi qrupu Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Modern.az  xəbər verir ki, İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.

“Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm".

İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edib: “Seçki prosesi mükəmməl təşkil olunub, seçicilərin mühafizəsinə xüsusi diqqət yetirilib. Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağını arzu edirəm".

Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib: “Hətta Belçikada bu cür şəffaflıq yoxdur. Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək, çünki ölkəni dünya standartlarına uyğun idarə edir".

Argentina parlamentinin üzvü, Cənubi Amerika parlamentlərarası birliyinin vitse-prezidenti Daniel Ramundo isə Azərbaycanın açıq ölkə olduğunu deyib: "Mənə məlumat verildi ki, yüksək səviyyədə təşkil edilən seçkilərdə saat 12.00-dək seçici fəallığı 45 faiz olub. Deyə bilərəm ki, demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmağa doğru atılan bir addımdır".

***

GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında çıxış edən təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.

Onun sözlərinə görə, seçki sağlam rəqabət şəraitində, demokratik şəkildə keçib: “Deyə bilərəm ki, seçkiləri müşahidə zamanı ciddi qanun pozuntusu qeydə almadıq. Olduğumuz məntəqələrdə seçici fəallığı var idi. Seçki sağlam rəqabət şəraitində keçdi. Mərkəzi Seçki Komissiyasının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm”.

Assambleyanın müşahidə missiyasının üzvü Oleq Medonidsa da seçkilərin şəffaf şəkildə keçirildiyini deyib, prosesin uğurla başa çatdığını əlavə edib.

***

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqına 54 ölkə daxildir. Azərbaycan Milli Məclisi də bu qurumun üzvüdür. Azərbaycanda 20-dən çox seçki məntəqəsində olduq və səsvermə prosesi yüksək səviyyədə keçdi.

Bu sözləri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç səsvermə prosesi ilə bağlı apardıqları müşahidələrin yekununa dair mətbuat konfransında deyib.

Mahmud Erol Kılıç bildirib ki, seçki məntəqələrində seçicilərlə, məntəqə komissiyalarının üzvləri və müşahidəçilərlə söhbətlərdən hər iki tərəf məmnunluqla ayrılıb. Seçkilər şəffaf, ədalətli və qanunlar çərçivəsində keçirilib. Biz heç bir nöqsan aşkar etməmişik. Azərbaycan xalqına uğurlu və parlaq gələcək arzu edirik.

***

Azərbaycanda keçirilən prezident seçkilərində apardığım müşahidələr zamanı heç bir qanun pozuntusuna rast gəlmədim. Əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə keçdi.

Bu sözləri Bolqarıstan parlamentinin deputatı Hamid Hamid müşahidələrinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

Bolqarıstanlı deputat bir çox seçki məntəqələrində səsvermənin gedişini müşahidə etdiyini və hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirərək deyib: “Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirirəm. Məntəqələrdə veb-kameraların quraşdırılmasını xüsusi qeyd etmək istərdim. Tam əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə baş tutdu”.

***

Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi. Bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayırıq.

Bu fikirləri aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini izləyən Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Assambleyanın xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk müşahidələrin yekunlarına dair təşkil edilən mətbuat konfransında deyib.

B.Kayatürk bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti gün ərzində həm paytaxtın mərkəzində, həm də şəhərətrafı qəsəbələrdə səsvermə prosesinin gedişini müşahidə edib. Səsvermə prosesinin azad və şəffaf şəkildə keçdiyini söyləyən xüsusi nümayəndə əlavə edib ki, məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin sərbəst müşahidə aparması üçün hər cür şərait yaradılmışdı.

Mətbuat konfransında çıxış edən Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovdhuri də səsvermə prosesinin çox yüksək səviyyədə keçirildiyini vurğulayaraq 11 aprel prezident seçkilərini nümunəvi seçkilər kimi qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir