Modern.az

AVCİYA: Prezident seçkiləri demokratik, şəffaf və ədalətli keçib

AVCİYA: Prezident seçkiləri demokratik, şəffaf və ədalətli keçib

12 Aprel 2018, 00:41

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) dörd min müşahidəçi ilə ölkəmizdə prezident seçkilərinin monitorinqini təşkil edib. Monitorinqin nəticələrinə əsasən, səsvermə prosesində hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Səsvermə prosesi vaxtında, saat 19:00-da qanuna uyğun olaraq başa çatıb. Səslərin sayılması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilib, müşahidəçilərin bu prosesi izləməsinə tam şərait yaradılıb.

 

Modern.az  xəbər verir ki, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı səsvermə günü ölkə üzrə seçici fəallığının yüksək olduğunu qeyd edib. Prezident seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq demokratik, şəffaf və ədalətli keçirilib.

 

AVCİYA prezident seçkilərinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, təhlükəsizliyinin daha da güclənməsi, insan haqlarının müdafiəsi, vətəndaşların rifahının daha da yüksəlməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm olduğunu bəyan edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir