Modern.az

Azərbaycanda borca görə axtarılan 8 nəfər saxlanıldı  

Azərbaycanda borca görə axtarılan 8 nəfər saxlanıldı    

12 Aprel 2018, 08:31

Daxili İşlər Nazirliyi (DİN) aprelin 11-dən 12-dək daxili işlər orqanlarında

qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

 
DİN-dən Modern.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.  

        
Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

        
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir