Modern.az

Serj Sarkisyan Ermənistanın baş nazir postuna yeganə namizəd oldu

Serj Sarkisyan Ermənistanın baş nazir postuna yeganə namizəd oldu

Aktual

12 Aprel 2018, 09:05

Serj Sarkisyan Ermənistanın baş naziri postuna namizəddir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər  verir ki, bu barədə jurnalistlərə hakim Respublikaçılar Partiyasının İcra komitəsinin iclasından sonra qurumun mətbuat katibi Eduard Şarmazanov məlumat verib.

 

O bildirib ki, Serj Sarkisyanın prezidentliyi dövründə nöqsanlar və çatışmazlıqlar da olub, lakin hazırki Ermənistan 2008-ci ildəki Ermənistandan çox fərqlənir: "Həm demokratiya çox fərqlənir, həm də insan hüquqları, təşəbbüskar xarici siyasət, Qarabağ məsələsi".

Eduard Şarmazanovun sözlərinə görə, iclasda həmçinin Karen Karapetyan hökumətin fəaliyyəti müzakirə olunub.

 

 "Konstitusiyaya görə, hakim siyasi partiya baş nazir postuna namizəd təqdim etməlidir. Bu gün nəhayət İcra orqanı gələcək baş nazirlə bağlı müzakirələr apardı. Deyə bilərəm ki, müzakirələr birlik şəraitində keçib. Şənbə günü İcra orqanı baş nazir postuna namizədi təqdim edəcək", - Şarmazanov bildirib. O əlavə edib ki, artıq aydındır, bu, kim olacaq: "Çünki digər adları olmayıb, digər rəy olmayıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı