Modern.az

Samuxda evləri və təsərrüfatları su basıb (FOTOLAR)

Samuxda evləri və təsərrüfatları su basıb (FOTOLAR)

Təhsil

10 Avqust 2011, 15:54

Qərb bölgəsinə, eləcə də Gürcüstan ərazisinə yağan güclü yağış nəticəsində Samuxun Burunqovaq kəndində evləri su basıb. Kənd ərazisində əkin sahələrinin müəyyən hissəsi və bəzi tikililərin zirzəmiləri yağış və qrunt suları ilə dolub.
Modern.az-ın məlumatına görə, sel nəticəsində kənddə onlarla evə ziyan dəyib, bir neçə tikili isə qəzalı vəziyyətə düşüb.
Samux rayon Fövqəladə hallar komissiyasından verilən məluamat görə, dərhal aidiyyəti qurumlar baş vermiş təbii fəlakətlə bağlı məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərək canlı qüvvə və texnika cəlb olunub. Hazırda sel sularının kənd sakinlərinə vurduğu ziyanın məbləği  müəyyənləşdirilir.
Qeyd edək ki, Samux rayonun Burunqovaq kəndinin yuxarı hissədən suvarma kanalı, aşağı hissəsindən isə Qabırlı çayı keçir. Bu isə yağıntılı mövsümlərdə kəndin subasma təhlükəsini artırır.





Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə