Modern.az

Rusiyada "Nevski ekspress" qatarının qəzaya uğraması nəticəsində 30 ölən var

Rusiyada "Nevski ekspress" qatarının qəzaya uğraması nəticəsində 30 ölən var

28 Noyabr 2009, 20:01

Noyabrın 27-də Moskva vaxtı ilə saat 21.30 radələrində Moskvadan Sankt-Peterburqa gedən "Nevskiy ekspress" sərnişin qatarı Novqorod əyalətində qəzaya uğrayıb. Sərnişin qatarının bir neçə vaqonu Tver vilayətinin Boloqo şəhəri yaxınlığında relsdən çıxaraq aşıb.
Rusiya Federasiyası Baş Prokurorluğunun məlumatına görə, qəza nəticəsində 30 nəfər ölüb, daha 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.
"Nevski ekspress" qatarının qəzaya uğraması nəticəsində zərərçəkmişlər arasında 34 yaşlı Azərbaycan əsili Rusiya vətəndaşı Novruz Babayev də var. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) və 222-ci (qeyri-qanuni olaraq partlayıcı əşyaların daşınması) maddələri ilə cinayət işi açılıb.
Verilən məlumatlara görə, hadisə dəmir yolunda yerləşdirilən partlayıcının işə salınması nəticəsində baş verib. Hazırda hadisə yerində müstəntiqlər çalışırlar.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Botnikov relslərdən çıxaraq qəzaya uğuramış sürətli qatarda bomba partladıldığını təsdiq edib. Onun sözlərinə görə, partladıcı maddədə 7 kiloqram TNT ekvivalenti olub. Bundan əvvəl də, hadisə yerində partladıcı maddənin hissələrinin aşkar edildiyi xəbər verilir.
Azərbaycan Prezidenti İlham Əliyev "Nevski ekspress" qatarının qəzaya uğraması ilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevə başsağlığı verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir