Modern.az

Lənkəranda qadın qadını qətlə yetirib

Lənkəranda qadın qadını qətlə yetirib

13 Aprel 2018, 18:48

Lənkəran sakini qətlə yetirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənovanın ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən hələlik məlum olmayan şəraitdə qətlə yetirildiyi bildirilir.

 

S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir