Modern.az

Lənkəranda qadını ərinin sevgilisi öldürdü

Lənkəranda qadını ərinin sevgilisi öldürdü

Aktual

13 Aprel 2018, 21:02

Lənkəran rayonunda 42 yaşlı qadın qətlə yetirilib. Hadisə şəhərin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi yaşadığı Gülşən Salayeva tərəfindən öldürülüb.

G.Salayeva Sevda Həsənovanı odun parçası ilə çoxsaylı zərbələr yetirməklə qətlə yetirib. Münaqişənin əmlak bölgüsü üstündə baş verdiyi bildirilir.

Qeyd olunur ki, G.Salayeva qətlə yetirdiyi S.Həsənovanın həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovla qeyri-rəsmi nikahda olub.

A.Həsənovun hər bir qadından da iki övladı var. Kişi həyat yoldaşı ilə qeyri-rəsmi yaşadığı qadının hər ikisini bir evdə saxlayırmış.

Faktla bağlı araşdırma aparılır. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı