Modern.az

Sumqayıtda  25 yaşlı qadın özünü dənizə atmaq istədi - İntihar cəhdi

Sumqayıtda  25 yaşlı qadın özünü dənizə atmaq istədi - İntihar cəhdi

Aktual

13 Aprel 2018, 21:11

 

Sumqayıt şəhərində intihara cəhd edib.

 

Modern.az xəbər verir ki,  hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında - dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü L.H. özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının üç gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var