Modern.az

Hadı Rəcəbli vətəndaşları qəbul etdi - FOTOLAR

Hadı Rəcəbli vətəndaşları qəbul etdi - FOTOLAR

Aktual

14 Aprel 2018, 12:59

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qəbul keçirdi.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Prezident seçkilərindən sonra ilk vətəndaş qəbulu keçirib.

 

Qəbula gələnlər bir-birini və Hadi müəllimi uğurlu prezident seçkiləri münasibətilə təbrik edir, möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dualar edirdilər. Onlar qeyd edirdilər ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində son illər ardıcıl addımlar atılır. Azərbaycan xalqı, bütün sosial stratlar İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasət sahəsində atdığı addımları daim dəstəkləyir.

 

Qəbula gələn bir qrup vətəndaş qanun yaradıcılığı ilə bağlı təkliflər vermiş, ixtisaslarına uyğun iş istəmiş, üzləşdikləri kiçik bürokratik əngəllərdən söz açmış və bəzi mövcud problemləri səsləndirmişlər. Müraciət edən paraalimpiyaçılar - Allahyarov Ramin, Qasımov Asif, və Rafael Quliyev 11 aprel Prezident seçkilərində İlham Əliyev cənablarının qələbəsi münasibətilə təbriklərini bildirərək iki qanuna dəyişiklik təklifi vermişlər. Daha sonra bu vətəndaşların problemləri komitə sədri tərəfindən dinlənildi, mütəxəssislərdən ibarət xüsusi qrup yaradıldı və həlli üçün müvafiq addımlar atıldı.

 

Bütövlükdə gün ərzində qəbula gələn 44 vətəndaş diqqətlə dinlənildi və qayğıları imkan daxilində əsasən müsbət həll olundu. Keçən qəbullarda problemləri həll edilmiş Sədizadə Zemfira və digər vətəndaşlar bura gəlməkdə məqsədinin öz razılıqlarını bildirmək olduğunu qeyd etmişlər.

Sonda şikayətçilər vətəndaşlara yaradılan şəraitə və göstərrilən qayğıya görə öz təşəkkürlərini bildirmişlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü