Modern.az

Gül Əsədə məktub göndərdi: “İstəməzdim sizi bu halda görəm...”

Gül Əsədə məktub göndərdi: “İstəməzdim sizi bu halda görəm...”

12 Avqust 2011, 20:01

Türkiyə prezidenti Abdulla Gül Suriya prezidenti Bəşər Əsədə məktub göndərib. Modern.az “Anadolu” agentliyinə istinadən bildirir ki, Gül Əsədə ərəb dünyasında baş verən dəyişiklər qarşısında mane olmamağı tövsiyə edib. Əksinə, onu islahatçı lider olmağa səsləyib.

“Mən istəməzdim ki, sizin bir dəfə geriyə baxaraq hərəkətlərinzidən təəssüf hissi keçirməyinizi görüm”-deyə Gül məktubda qeyd edib.

Son məlumatlara görə, Suriyada ordu ilə xalq arasında toqquşmalara görə, 1000 nəfər vətəndaş həlak olub. Suriya hakimiyyəti isə ölənlərin 100 nəfər olduğunu və bunların da terrorçu təşkilatın üzvləri olduğunu bəyan edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir