Modern.az

"Aysel"in şef-redaktoru: "Gözəllik yarışması keçiririk"

"Aysel"in şef-redaktoru: "Gözəllik yarışması keçiririk"

İqtisadiyyat

14 Avqust 2011, 13:06

Populyar qadın jurnalı olan “Aysel” gözəllik yarışması keçirir. Modern.az xəbər verir ki, bu barədə "Aysel" jurnalının şef-redaktoru Aysel Ələkbərova ANSpress-ə bildirib.
”Ümumiyyətlə, jurnalda daim müsabiqələr keçiririk. Yeni müsabiqələrdən biri “Aysel”in üz qabığına elan edilən gözəllik yarışıdır. Müsabiqə dekabra qədər davam edəcək və elə həmin ayda da final olacaq. Müsabiqədə iştirak edən bütün xanımlar final mərasiminə dəvət olunacaq. Qalibi münsiflər heyəti seçəcək. Seçim prosesinə məşhur stilistlər, modelyerlər, dizaynerlər dəvət olunacaq. Xanımlar arasında ən gözəli, ən qabiliyyətlisi, ən ağıllısı seçilərək “Aysel”in üz qabığına çəkiləcək”.

"Aysel" jurnalının şef-redaktoru deyir ki, bu gün media bazarında onların rəqibləri çox olsa da, bunlar dolayısı rəqiblərdir.

"Bizim birbaşa rəqibimiz yoxdur, yəni bazarda ikinci qadın jurnalı var- demək olmaz. Biz lider olaraq qalacağıq. O biri jurnallara nəzər yetirdikdə şou-biznes və ya ayrılıqda qadınlar, kişilər haqda nəsə yerləşdirilir. Hətta o jurnallarda uşaqlara da səhifə ayrılır. Bir növ həftəbecər olur. Lakin uşaqlar özlərinə aid həmin iki səhifəni vərəqlədikdən sonra 3-cü səhifədə artıq şou-biznes, məsələn, “kim kimdən hamilə qaldı”, “kimin uşağının atası məlum deyil” kimi yazılar görəcəklər. Yəni belə şeylər düzgün deyil. Auditoriyanı düzgün tapmaq və ona istiqamət almaq lazımdır. Biz ilk gündən yolumuzu düzgün tapdıq və irəliləyirik"-deyə Aysel Ələkbərova bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər