Modern.az

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”  

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”    

24 Aprel 2018, 18:00

Balkanlarda Azərbaycanı fəal müdafiə edən siyasətçi, Makedoniya Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu yeni təyinat münasibətilə təbrik edib.

Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib.

Enes İbrahim bu təyinatla bağlı deyib:

“Fuad Muradovu çoxdan tanıyıram. Bacarıqlı, işgüzar insandır. Həmçinin, beynəlxalq təşkilatlarla işləmək bacarığına malikdir. Xaricdə güclü Azərbaycan lobbisinin yaranmasına böyük zərurət var. Bu strateji məsələdir və hazırki dönəm üçün ciddi əhəmiyyət daşıyır. Bunun üçün potensialımızı ortaya qoymalıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı