Modern.az

İctimai Palata müzakirələrə başlamaq üçün YAP-a rəsmi dəvət göndərdi

İctimai Palata müzakirələrə başlamaq üçün YAP-a rəsmi dəvət göndərdi

16 Avqust 2011, 15:20

İctimai Palatanın sabah "Demokratiyaya yumşaq keçid - yol xəritəsi" adlı sənədini ictimai müzakirəyə çıxaracaq. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, sənədin müzakirəsi ü,ün keçiriləcək dəyirmi masa açıq olacaq. Burada bütün siyasi partiyalar, ziyalılar, politoloqlar iştirak edə bilərlər. G.Aslanlı bildirib ki, dəyirmi masada iştirak etmək üçün yalnız hakim Yeni Azərbaycan Partiyasına rəsmi dəvət göndərilib. 

“YAP-a tədbirdə iştirak etmək üçün rəsmi dəvət artıq göndərilib. Digər partiyalara isə bu tədbir barədə məlumatlandırılıb”-deyə Müsavat rəsmisi vurğulayıb.

Qeyd edək ki, İctimai Palatanın (IP) təqdim etdiyi “Yol xəritəsi” adlı sənəddə  ölkədə demokratik islahatlar keçirmək üçün hakimiyyətə veriləcək təkliflər toplanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?