Arxiv
1 Dekabr 2009, 09:40 | REPORTAJ
Bir neçə saat 1 saylı Uşaq Evinin kimsəsizlərilə...

Noyabrın 28-də Parlament Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri Qurban bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı Uşaq Evini ziyarət ediblər. Jurnalistlər və gənclərin Qurban bayramı münasibətilə Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub. Müəssisənin rəhbərliyi qonaqlara bildirib ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan bu uşaq evində balaca sakinlərin təlim-tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılıb. Burada 3 yaşından 18 yaşadək uşaq və yeniyetmə yaşayır. Millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, bu təşkilatların sıralarında təmsil olunan gənclər və KİV nümayəndələri Uşaq Evindəki şəraitlə yaxından tanış olublar. Qeyd edək ki, həmin vaxt Uşaq Evində Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərovla da rastlaşdıq. Məlum oldu ku ki, Z.Əsgərov da bayram günü kimsəsiz uşaqlara baş çəkməyə gəlib.                Bizə məlumat verildi ki, hazırda Uşaq Evində valideyn himayəsindən məhrum olan 120 uşaq tərbiyə olunur. Uşaq Evinin bədii rəhbəri Rövşən Məmmədov Modern.az-a bildirdi ki, buradakı şəraitin yaxşı olmasından xəbər tutan bəzi valideynlər imkansızlıqlarını bəhanə gətirib hər vəchlə övladlarını müəssisəyə verməyə çalışırlar: “Amma belə halların qarşısını alırıq”. Müəssisənin tədris-tərbiyə işləri üzrə direktor müavini Mehriban Əhmədova saytımıza dedi ki, Uşaq Evində yaşayan uşaqlar beş qrupa ayrılıb: “Olur ki, uşaqlardan hansısa qohumları və ya valideynlərinin himayəsinə qaytarılır, belədə onların yerinə valideyn himayəsindən məhrum olan başqa azyaşlılar qəbul edilir”. Bədii rəhbəri Rövşən Məmmədovun sözlərinə görə, müəssinənin oxu, akt və idman zalları, kompüter və tikiş otağı, rəsm studiyası, stadionu var. Heydər Əliyev Fondu tərəfindən Uşaq Evinə çoxlu kitablar və digər lazımi avadanlıqlar, pianino hədiyyə olunub. Müəssisədə olduğumuz müddətdə uşaqların yataq, yemək, istirahət otaqlarına baxdıq. İdeal şərait və səliqə-səhman yaradılıb. Müəssisənin yeməkxanasında da təmizlik hökm sürürdü. Yeməkxanada 3 televizor qoyulub. R.Məmmədovun sözlərinə görə, yeməkxanada qaydaları pozanlara xüsusi cəza növü müəyyənləşdiriblər: həmin uşaq ya telivizora baxmaqdan məhrum edilir, ya da növbətçi təyin olunur. Tikiş otağı və rəsm studiyasına da baxdıq. Burada uşaqların müxtəlif əl işləri, çəkdirləri rəsmlər göz oxşayırdı. Müəssisənin tibb məntəqəsinin uşaq həkimi Məhbubə Hüseynova bizimlə söhbətdə dedid ki, Uşaq Evində uşaqlara elə şərait yaradılıb ki, onlar nadir hallarda xəstələnirlər: “Şükür Allaha, ciddi bir xəstəlikləri olmur. Biz onları həmişə sağlam həyat tərzi barədə məlumatlandırırıq ki, özlərini qoruya bilsinlər”. Fürsətdən istifadə edib valideyn himayəsindən məhrum olan uşaqların bəzilərilə söhbətləşdik. Zəhra Əkbərlinin 10 yaşı var: “6 yaşım olanda anam məni bura gətirdi. Dedi ki, imkan olanda gəlib məni aparacaq. Anam üçün çox darıxıram, lap çox”. Müəssisədə yaşayan uşaqların bəziləri bacı-qardaşdılar. Dürdüncü sinifdə oxuyan Azər Quliyev qardaşı Aydınla birgə bu Uşaq Evində yaşayır. Azər deyir ki, 9 yaşında anası onu bura verib: “Atam həbsdədir. Anam bizi saxlaya bilmədiyindən qardaşımla məni Uşaq Evinə verməyə məcbur oldu. Bacım isə nənəmin himayəsindədir. Ancaq anam hər bazar günü bizim yanımıza gəlir. O, gedəndən sonra çox ağlayırıq, elə darıxırıq ki...”. Uşaq Evində tərbiyə olunan uşaqların hər biri müxtəlif arzularla yaşayır. Təbii ki, bütün arzuların başında valideynlərə qovuşmaq istəyi dayanır. 16 yaşlı Ələsgər İsmayılov da bu arzuyla yaşayır. Eyni zamanda böyüyəndə idmançı olmaq istəyir. 8 yaşlı Ağsu isə müəllimə olmaq arzusundadır. Ağsu tətilləri səbirsizliklə gözləyir. Çünki valideyni onu ancaq həmin vaxtlarda yoxlamağa gəlir. 1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova Modern.az-a bildirdi ki, uşaqlara valideyn himayəsindən məhrum olmalarını unutdurmağa çalışırlar: “Əlimizdən gələn qayğını onlardan əsirgəmirik. Bu il 11-ci sinfi bitirən 2 qızımız ali məktəbə daxil ola bilmədi. Biz indi onları Uşaq Evində dayə kimi işə  götürmüşük. Hazırda 110 məktəblimiz var. 2 nəfər yeniyetməmiz isə texnikumda oxuyur”. Uşaq Evinə gəlişimizə sevinən balacaların da bizə hədiyyələri oldu. Onların göstərdikləri səhnəciklərə baxandan sonra əmin olduq ki, gələcəkdə bu azyaşlıların arasından kimlərsə aktyor, aktrisa, ya da müğənni olacaq. 1 saylı Uşaq Evini tərk edirik. Bayaqdan gəlişimizə sevinən, bizimlə deyib-gülən balacaların simasına qəm-qüssə çökmüşdü. Bizdən ayrılmaq istəmirdilər. Sanki öz doğmalarını yola salırdılar. Çoxusu bilirdi bayaqkı sevincli anlar müvəqqəti məqamlardı. Onların isə daimi nəvazişə ehtiyacları var. Həm də ata-ana nəvazişinə, valideyn qayğısına... 

 

 

 

 

 

 

 

Günay MUSAYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduz saxlanılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42