Arxiv
28 Aprel 2018, 12:44 | AKTUAL
Binəqədidə Zərifə Əliyevanın 95-cü ildönümü qeyd edildi  

 Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

           
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

        
Tədbir iştirakçıları öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən aparıcı, Azərbaycan Respublikasının Əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verib.  


Çıxış edənlər millət vəkilləri  Kamaləddin Qafarov, Azay Quliyev, Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə ediblər. Natiqlər çıxışlarında bildiriblər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə xidmət edirdi.


Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb. O, çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi  ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə Əliyevanı həm elmi fəaliyyətində uğurlar qazanmış alim, həm də öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib.
Zərifə xanım kimi insanların Azərbaycan xalqının sərvəti olduğunu kimi bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

        
Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar Artisti Hüsniyyə Mürvətovanın  ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib, Cəfər Cabbarlının “Ana”,  Leyla Əliyevanın “Zaman” şeirləri səsləndirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik 12 Dekabr 2019, 20:24 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29 102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12