Modern.az

ABŞ-ın sansksiya tətbiq etdiyi iranlı nazir OPEK-in sədri oldu

ABŞ-ın sansksiya tətbiq etdiyi iranlı nazir OPEK-in sədri oldu

17 Avqust 2011, 12:02

İslam İnqilabçıları Korpusunun yüksək rütbəli hərbçisi olan İranın neft naziri Rustəm Qasımi OPEK-in yeni sədri olub. Modern.az İRNA-a agentliyinə istinadən bildirir ki, ötən həftə o, İranın neft naziri olandan sonra OPEK rəhbərliyinə gətirilib.

Bu posta qədər Qasımi Korpusun iqtisadi bazası olan “Xətib-əl Ənbiya” bazasına rəhbərlik edib. Onun adı ABŞ və Avropa İttifaqının sanksiya tətbiq etdiyi iranlı məmurların siyahısındadır.

İran neft istehsal edən ölkələrin birliyi olan OPEK-ə bu ilin yanvarından sədrlik edir.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır