Modern.az

“Azərbaycan” qəzetinin baş redaktorunun təklifi etiraz doğurdu

“Azərbaycan” qəzetinin baş redaktorunun təklifi etiraz doğurdu

Media

17 Avqust 2011, 13:29

Londonda baş verən ixtişaşlardan sonra İngiltərənin baş naziri Devid Kameron bu cür halların yenidən yaranmaması üçün sosial şəbəkələrə məhdudiyyət qoyulacağını bildirib.
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da İngiltərə baş nazirinin bu fikrinə tərəfdarı olduğunu qeyd edib. Millət vəkili qeyd edib ki, Azərbaycanda da sosial şəbəkələrə məhdudiyyət qoyulması ilə bağlı məsələni parlamentin payız ssesiyasında qaldıracaq.

Modern.az bununla bağlı məsələyə münasibət öyrənmək üçün media eksperti Zeynal Məmmədli ilə əlaqə saxlayıb.

Zeynal Məmmədli deyib ki, bu tipli hadisələrdən sosial şəbəkələrin məhdudlaşdırılması üçün istifadə olunması birbaşa ifadə, söz və mətbuat azadlığına qarşı yönəlib. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər demokratiyanın möhkəmlənməsinə qarşıdırı.

“Bu yolverilməz haldır. Üstəlik belə məhdudlaşdırıcı tədbirlərlə Londonda baş vermiş o tipli hadisələrin qarşısını almaq mümkün deyil. Belə hadisələr bəlli narazılığın ifadəsidir. Onların səbəblərini biz araşdıranda görürük ki, sosial şəbəkələr nəticədir, səbəb deyil”.

Ekspert qeyd edib ki, sosial şəbəkəni bəlli cinayət hadisələrinin səbəbi kimi görmək azadlığı məhdudlaşdırmaq istəyənlərin, totalitar və avtoritar idarəetmə üsüllarına üstünlük verənlərə xilas yolu görünə bilər. “Mən qəti olaraq bu cür addımı yanlış sayıram”-deyə ekspert bildirib.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!