Modern.az

QHT-lər “Elektrik enerjisindən istifadə Qaydaları” ilə bağlı Nazirlər Kabinetinə müraciət etdilər

QHT-lər “Elektrik enerjisindən istifadə Qaydaları” ilə bağlı Nazirlər Kabinetinə müraciət etdilər

Qarabağ

17 Avqust 2011, 15:08

Prezidentin 2011-ci il 20 aprel tarixli 421 nömrəli Fərmanı ilə Nazirlər Kabinetinə “Elektrik enerjisindən istifadə Qaydaları”nın layihəsinin hazırlanması tapşırılıb. “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edərək  “Elektrik enerjisindən istifadə Qaydaları”nın layihəsinin geniş ictimai müzakirələrin keçirilməsini təklifini irəli sürüb. Müraciətdə bildirilir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın hazırlanması Azərbaycan Respublikasının hər bir vətəndaşının maraq və mənafelərinə aid olan məsələdir. 
“Bu baxımdan “Elektrik enerjisindən istifadə Qaydaları” layihəsinin  hazırlanması prosesi şəffaf olmalıdır, bu qaydaların hazırlanması ilə bağlı bütün maraqlı tərəflərin, dövlət qurumlarının, təchizatçı qurumların, vətəndaş cəmiyyəti institutlarının, müstəqil ekspertlərin iştirakı ilə geniş ictimai müzakirələrin keçirilməsi çox faydalı və ümumi işin xeyrinə olardı. Eyni zamanda elektrik enerjesi ilə təchizat sahəsində istehlakçılar və  təchizatçı qurumlar  arasında yeni, beynəlxalq standartlara müvafiq olan   münasibətlərin  yaradılmasına, bu sahədə şəffaflığın artırılmasına, korrupsiya hallarının azalmasına  yardım göstərəcək daha təkmil “Elektrik enerjisindən istifadə Qaydaları”nın hazırlanması işinə əhəmiyyətli töhfə verərdi. Həmçinin, gələcəkdə əhali tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödəniş faizinin qalxmasına da  yardım göstərərdi. “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın Layihəsinin hazırlanması ilə bağlı geniş ictimai müzakirə, yaxud forum keçirilməsinə təşkilatçılıq edə bilər. Fondun və Şəbəkənin ekspertləri “Elektrik enerjisindən istifadə Qaydaları”nın Layihəsi ilə bağlı müzakirələrdə iştirak etməyə hazırdır”.

“Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarınının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanmış «Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi» layihəsi və “Elektrik enerjisindən istifadə Qaydaları”nın layihəsi barədə təkliflər Baş nazirin birinci müavini Yaqub Eyyubova göndərilib.

 “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əlimməmməd Nuriyev bildirib ki,  Nazirlər Kabineti tərəfindən hazırlanmış və qəbul olunmuş yeni “Qazdan istifadə qaydaları”nda Fond və Şəbəkə tərəfindən irəli sürülmüş təkliflərin əksəriyyət faizi qəbul edilib.
“Biz inanırıq ki, bu müsbət addımın davamı da olacaq və Nazirlər Kabineti təkliflərimizə diqqətlə yanaşacaq ”, deyə Ə. Nuriyev vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı