Modern.az

Milli Məclisdə maraqlı HADİSƏ - deputatlar gündəliyin əleyhinə çıxdılar

Milli Məclisdə maraqlı HADİSƏ - deputatlar gündəliyin əleyhinə çıxdılar

1 May 2018, 12:15

Milli Məclisin bugünkü növbəti iclası başlayan kimi maraqlı hadisə yaşanıb. Modern.az-ın məlumatına görə, spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb.

Bu zaman deputatlardan 10 nəfər düyməni səhv basaraq, gündəliyin əleyhinə səs veriblər. Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və gülərək deputatları yenidən səsverməyə çağırıb. Gündəlik səsə qoyularaq qəbul edilib.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?