Arxiv
3 May 2018, 15:12 | AKTUAL
Binəqədidə Heydər Əliyev ANILDI

2 may 2018-ci il tarixdə Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, millət vəkilləri və media nümayəndələri iştirak edib.

 

Modern.az xəbər verir ki, Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova açılış nitqi ilə çıxış edərək, qonaqları salamladı və Ulu Öndər Heydər Əliyevin Siyasi Sənədlər Arxivi ilə bağlı xatirələrini bölüşdü.O bildirdi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ilk imzaladığı Sərəncamlardan biri məhz Siyasi Sənədlər Arxivinin yaradılması ilə bağlı olmuşdur və arxivin binası cənab Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı təmir edilib.

 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, onu bütün dövrlərin ən böyük Azərbaycanlısı kimi xarakterizə etdi. Bu gün gənc nəslin hər bir nümayəndəsinə onun həyat və fəaliyyətini daha dərindən öyrənməyi tövsiyə etdi.

 

Çıxış edən millət vəkilləri Musa Qasımlı, Fəzail İbrahimli, Elman Nəsirov və digərləri  Ümummilli liderin həyat və fəaliyyəti, o cümlədən müasir Azərbaycanın müstəqilliyinin əldə olunmasında fədakar xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

 

Növbəti çıxış üçün söz BRİH başçısının müavini Aygün Əliyeva verildi. A.Əliyeva bildirdi ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan bölünmək, parçalanmaq təhlükəsindən qurtula bildi və bu əzmin, mübarizliyin təməlində Ulu Öndərin Azərbaycançılıq məfkurəsi dayanırdı. 90-cı illərin əvvəllərində müxtəlif qrupların radikal separatçılıq meyllərinin olmasına baxmayaraq, o qüvvələr Heydər Əliyev dühası qarşısında heç bir şey edə bilmədilər və bugünkü çiçəklənən Azərbaycan Respublikası bu təfəkkürün məhsuludur.

 

 

Tədbirin gedişində çıxış edən digər çıxışçılar da Ümummilli lider Heydər Əliyevin müxtəlif sahələrdə göstərdiyi əvəzsiz xidmətlərdən danışdılar.

 

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx təqdim edildi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28 Polis bu meyitin yaxınlarını axtarır - FOTO 5 Dekabr 2019, 16:26 “Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - DEPUTAT 5 Dekabr 2019, 16:18 Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC 5 Dekabr 2019, 16:18 AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində iclas keçirilib 5 Dekabr 2019, 16:07 Şenol Günəş Bakıya gəldi 5 Dekabr 2019, 15:53 Bakıda 85 min manatlıq domofon avadanlığı oğurlayanlar tutuldu 5 Dekabr 2019, 15:48 Ceyhun Bayramov müsabiqə ƏMRİ verdi 5 Dekabr 2019, 15:43 Ağdaşda 37 yaşlı kişi su kanalına düşdü 5 Dekabr 2019, 15:38 Eks-nazir: “Əgər partiyamız məsləhət bilsə ki, yeni parlamentdə fayda verə bilərəm...” - MÜSAHİBƏ 5 Dekabr 2019, 15:33
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?