Modern.az

Ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyat müddəti uzadıldı

Təhsil

18 Avqust 2011, 17:28

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2011-2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyat müddəti 2011-ci il 19 avqust saat 14:00-dək uzadılıb.
Qeyd edək ki, qeydiyyat avqustun 8-dən başlayıb. Sabah saat 14:00-dək təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə